AZ

Nobel Sülh mükafatçısı Azərbaycan rektorunun müşaviridir

Nobel Sülh mükafatı laurea­tı, UNEC-in fəxri professoru Muhammad Yunus Azərbaycan Dövlət İqtisad Universitetinin rektoruna müraciət edib.
Alim UNEC rektorunun müşaviri kimi universitetin missiyasına töhvə vermək istəyini bildirib. Müraciəti nəzərə alaraq, rektor prof. Ədalət Muradov Nobel mü­kafatı laureatı, professor Muhammad Yunusu müşavir təyin edib.
Xatırladaq ki, Muhammad Yunus 2017-ci ildə UNEC-də keçirilən “Sosial biznes – inkişafa gedən yol” mövzusun­da beynəlxalq konfransda çıxış etmiş və ona ali məktəbin Fəxri professoru diplo­mu təqdim olunmuşdur.
Bu il martın 16-da isə Muhammad Yunusun iştirakı ilə UNEC-də Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açı­lışı olub və Nobel mükafatçısı burada ilk mühazirəsini sosial biznes sahəsinin problemlərinə həsr edib.
XQ

Seçilən
63
7
Mənbələr
Şərh ()
Bağla