Azərbayanda mütəmadi açıqlanan əmək haqqı statistikasına əsasən, ölkədə ən yüksək maaş olan sahələrdən biri də bank sektorudur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə bank və maliyyə sektorunda orta aylıq əmək haqqı 921 manat təşkil edir.
Amma ayrı-ayrı banklarda əmək haqqı xərcləri və onun ümumi xərclərdəki payı fərqlidir.
FED.az ölkəmizdəki bankların əmək haqqı xərclərinə aırdığı məbləğləri araşdırıb. Əldə edilən məlumatlar 2023-cü ilin sonuna olan məlumatlardır.
Azərbaycan banklarının ümumi xərclərində əmək haqqına ayrılan xərclər xeyli fərqlənir.
FED.az-ın bankların xərcləri ilə araşdırması göstərir ki, ümumi xərclərdəki payına görə maaşa ən çox vəsait ayıran bank «Bank VTB Azərbaycan»dır. Bankın ümumi xərclərinin 47% və yaxud 14,2 milyon manatı əmək haqqı xərclərinə sərf olunur.
Əmək haqqına ayrılan vəsaitlərin həcminə görə, yəni ümumi xərclərdəki payına görə növbəti yeri «Expressbank» tutur. «Expressbank» 2023-cü ildə əmək haqqı xərclərinə təqribən 20 milyon manat və ya ümumi xərclərin 35%-ni sərf edib.
Azərbaycanda fəaliyyət göstərən 2 Türkiyə bankından biri olan «Yapı Kredi Bank» isə əmək haqqı xərclərinə ümumi xərclərinin 34%-ni sərf edib - 14,7 milyon manat.
Ölkənin bank sisteminin liderlərindən olan «Xalq Bank»ın əmək haqqına sərf etdiyi vəsait də kifayət qədər böyükdür. Bankın bütün xərclərinin üçdə biri yəni 33%-i və yaxud da 37,3 milyon manatı əmək haqqı xərclərinə sərf edilib.
Azəraycanınn bank sektorunun lideri, ölkənin ən böyük bankı olan «Azərbaycan Beynəlxalq Bankı (ABB)» əmək haqqı xərclərinə ümumi xərclərinin 30%-ini sərf edib – 157,2 milyon manat.
«Bank Respublika» da işçiləri ilə “səxavətli” davranan banklardandır. 2023-cü ildə bank öz əməkdaşlarına 55,3 milyon manat əmək haqqı ödəyib ki, bu da ümumi xərclərin 30%-idir.
«Kapital Bank»ın əmək haqqı xərclərinə ayırdığı mələğ isə ümumi xərclərin 27%-ini təşkil edir bu 208,7 milyon manatdır.
Banklar | Əmək haqqı xərclərinin ümumi xərclərdəki payı |
VTB Bank | 47% |
Naxçıvanbank | 47% |
Expressbank | 35% |
YapıKredi Bank | 34% |
XalqBank | 33% |
Bank Avrasiya | 32% |
AFB Bank | 31% |
Bank Respublika | 30% |
YeloBank | 30% |
Azərbaycan Beynəlxalq Bankı (ABB) | 30% |
Azər‐Türk Bank | 28% |
Bank of Baku | 28% |
Kapital Bank | 27% |
Unibank | 26% |
AccessBank | 25% |
Azərbaycan Sənaye Bankı | 25% |
Rabitəbank | 24% |
PAŞA Bank | 24% |
TuranBank | 22% |
Ziraat Bank | 22% |
Premium Bank | 15%
|
Bank BTB | 15% |
Banklar arasında ən çox əmək haqqına pul ayıran banklar «Azərbaycan Beynəlxalq Bankı – ABB Bank» və «Kapital Bank» olub.
«Kapital Bank» 2023-cü ilin sonuna olan nəticələrə görə əmək haqqı xərclərinə 208,7 milyon manat pul, «Azərbaycan Beynəlxalq Bankı – ABB » isə 157,2 milyon manat xərcləyib. Əmək haqqı xərclrini ən az göstəricisi isə «Naxçıvanbank»a məxsusdur. Bank əmək haqqı xərclərinə cəmi 3 milyon 339 min manat xərc çəkib.
Digər banklar və göstəricilər aşağıda təqdim etdiyimiz cədvəldə :
Banklar | Əmək haqqı xərcləri (min manat) |
Kapital Bank | 208 733 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) | 157 234 |
PAŞA Bank | 87 157 |
Unibank | 60 660 |
Bank Respublika | 55 303 |
AccessBank | 40 760 |
XalqBank | 37 314 |
YeloBank | 35 871 |
Bank of Baku | 33 131 |
Rabitəbank | 28 982 |
Expressbank | 19 844 |
Azər‐Türk Bank | 19 611 |
TuranBank | 17 493 |
YapıKredi Bank | 14 694 |
VTB Bank | 14 245 |
AFB Bank | 7 586 |
Ziraat Bank | 7 289 |
Premium Bank | 6 301 |
Bank BTB | 6 123 |
Azərbaycan Sənaye Bankı | 5 580 |
Bank Avrasiya | 3 416 |
Naxçıvanbank | 3 339 |
Cəmi | 870 666 |