AZ

Ədliyyə Nazirliyində müşavirə

Martın 30-da Ədliyyə Nazirliyin­də icra xidmətinin yerli qurumları­nın rəhbərləri ilə müşavirə keçiri­lib.
Ədliyyə naziri Fərid Əhmədov çıxış edərək ədalət mühakiməsinin həyata ke­çirilməsində və vətəndaşların hüquqları­nın təmin olunmasında məhkəmə qərar­larının icrasının əhəmiyyətini qeyd edib, icra işinin yeni tələblərə uyğun təkmilləş­dirilməsi ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb. Bu istiqamətdə görülən tədbirlər, o cümlədən icra məmurlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı işlər barədə məlumat verib.
Nazirliyin aidiyyəti struktur qurumla­rının rəhbər şəxslərinin iştirak etdiyi təd­birdə dövlət başçısının tapşırıqlarına uy­ğun olaraq icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunma­sı məqsədilə rəqəmsal innovasiyaların, o cümlədən “Elektron icra” informasiya sisteminin tam tətbiqi ilə bağlı məsələlər müzakirə olunub, onun yeni versiyasının hazırlandığı bildirilib.
İclasda icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması, on­lara tələbkarlığın və nəzarətin gücləndi­rilməsi, qanunvericiliyin tələblərinə, əmək və icra intizamına, etik davranış qaydala­rına əməl olunması, vətəndaş məmnun­luğunun yüksəldilməsi və sair ilə bağlı konkret tapşırıqlar verilib.
XQ

Seçilən
251
11
Mənbələr
Şərh ()
Bağla