AZ

Bred Pitt geri çəkildi - Ancelina Coli ilə məhkəmə çəkişməsi yekunlaşır

Tarix: 31 Mart 2024 20:05

Hollivud ulduzu Bred Pitt uşaqların birgə qəyyumluğu tələbindən imtina edib. 
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Ancelina Coli ilə Pitt arasındakı məhkəmə davasının yayda yekunlaşacağı gözlənilir.
"Miraval Castle" şərab zavoduna nəzarət üzərində hüquqi mübarizə isə hələlik davam edir. 
2016-cı ildə Coli ilə yollarını ayıran Pitt uşaqlarına birgə qəyyumluq tələb etməyi dayandırıb, o, tam qəyyumluğun Coliyə verilməsinə etiraz etməyib.
Pitt uşaqlarını ziyarət etmək hüququ qazanacaq.
Milli.Az

Seçilən
143
3
Mənbələr
Şərh ()
Bağla