AZ

İcra Hakimiyyətinə protokol yazıldı

Sabirabad Rayon İcra Hakimiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 1 Aprel 2024, 08:26   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
7
Mənbələr
Şərh ()
Bağla