AZ

Saray Bələdiyyəsinə cərimə yazıldı

Abşeron Rayonu Saray Bələdiyyəsinə cərimə protokolu yazılıb.

E-huquq.az- xəbər verir ki, bələdiyyə barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, bələdiyyə üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
9
e-huquq.az

10Mənbələr