AZ

Taksilərlə bağlı yeni qaydalar: Keyfiyyətli və komfort sərnişindaşıma..

Nazirlər Kabinetinin bir neçə gün əvvəl təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.. 

 

Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.

 

Taksilər “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.

 

Bundan başqa taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir. Hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

 

Qeyd edək ki, son illərdə taksilərlə bağlı ciddi problemlər yaranıb. Bir çox sərnişin taksilərin fəaliyyətindən narazılıq ifadə edib. Həmçinin insanlarda taksilərə qarşı güvənsizlik yaranıb. Taksi sürücülərinin qeyri-etik davranışları, onların arasında narkotik istifadə edənlərin olması kimi zaman-zaman sosial şəbəkələrdə səsləndirilən iddialar taksi fəaliyyətinə qarşı birmənalı olmayan fikirlər formalaşdırıb.

 

Modern.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bəzi istismara yararsız olan maşınların da taksi fəaliyyəti ilə məşğul olduğunu söyləyib:

 

“Əslində taksi fəaliyyəti ilə bağlı tənzimlənmələrə çoxdan start verilmişdi. Bu gün taksi fəaliyyətinin tənzimlənməsi, müasir, komfortlu rahat ölkəyə gətirilib istismar edilməsi kimi qaydalar tətbiq olunmuşdu. Bu qaydaların əsas mahiyyəti ondan ibarətdir ki, istehsal ili gənc, avtomobilin texniki parametirləri təmiz olmalı, postterminal quraşdırılmalıdır.

Avtomobilin daxilində səliqə-sahman, siqaret çəkməyin qadağan olduğunu göstərən nişan sürücünün, sərnişinin diqqətinə çatdırılacaq yerdə olmalıdır. Şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün icazə vərəqəsi olmalıdır. Bunlar tənzimlənmənin əsasıdır. Bu qaydalara narazılıqlar var. Burada sürücü sərnişin münasibəti daha qabarıq özünü göstərir. Bu baxımdan belə addımların atılması zəruri olur”.

 

O bildirib ki, taksi fəaliyyətinin tənzimlənməsi üçün ortaq meyar seçilməlidir:

 

“Sosial şəbəkələrdə də ard-arda şikayətlər görürük. Bu cür tənzimlənmələrin gəlməsi bir tərəfdən faydalı olacaq. Əvvəllər biganəlik çox idi. Xanım sərnişinlərlə normal davranılmalı idi, amma buna belə nəzarət edilmirdi. Əsas nizamlanma nəqliyyat vasitələri ilə bağlı proselərdən ibarətdir. 

 

Düşünürəm, gələcəkdə sürücülərin seçilməsi, seçim qaydalarının tətbiqiylə bağlı tənzimlənmə edilməsinə zərurət yaranacaq.  Bu vacib olacaq. Hansı ki, indi tənzimlənmə əsasən nəqliyyat vasitələrinin keyfiyyətinə dəlalət edir.  Sonra isə digər qaydarlar nəzarət mexanizmi hazırlanmalıdır”.

Seçilən
190
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26088
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16978
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16839
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14981
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13944
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11382
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11079
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10655
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10004
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9320
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7159
Səidə Sultan klipi üçün lüt soyundu
7096
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6135
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5906
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5578
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5159
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4926
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4541
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4236