AZ

Xaos və böhranların sonsuz olduğunu hiss edəcəksiniz - BÜRCLƏR

Astroloqlar 1 aprel 2024-ci il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Bu gün münasibətlərinizdə çətinlik çəkəcəksiniz. Gərginliyinizi ətrafınızdakılara əks etdirməzdən əvvəl dayanıb düşünməlisiniz. Məsuliyyəti üzərinizə götürməli olduğunuz məsələlərdən qaçmayın. Nə qədər çox şey yığılsa, bir o qədər əsəbiləşəcəksiniz. 

Buğa:
Bu gün maliyyə qazancınızı artırmaq üçün yeni əlaqələr qura bilərsiniz. Məsuliyyətləriniz arta bilər. Eyni zamanda, yeni gəlir əldə edə bilərsiniz. Əgər üst-üstə yığılmış işləriniz varsa, bu gün onları həll etmək üçün münasib gündür. 

Əkizlər:
Həyatınızda xaos və böhranların sonsuz olduğunu hiss edəcəyiniz bir gün ola bilər. Çaşqın və hansı istiqamətə gedəcəyinizə qərar vermirsiniz. Lazımsız xərclər etməyin, ehtiyatsız risklərə getməyin, səhvlərə meyilli bir dövrdür. 

Xərçəng:
Duyğularınızla məntiqiniz arasında qalacaqsınız. Beyninizdən keçən neqativ fikirlərdən xilas olmaq üçün diqqətinizi işinizə yönəltməlisiniz. İş və şəxsi həyatınızı qarışdırmamağa səy göstərin.

Şir:
Bu gün sağlamlıq məsələləri gündəmdə olacaq. İş həyatınızda bəzi qeyri-müəyyən və şübhəli məsələlərlə qarşılaşmalı ola bilərsiniz. Bu gün problemləri həll emək üçün yaxşı gün deyil. Vacib görüşlərinizi təxirə salmağınızda fayda var.

Qız:
İşgüzar gündür. Çox çalışırsınız və işinizə doğru möhkəm addımlar atırsınız. Bu gün övladlarınızla bağlı məsələlər gündəmdə ola və onlara vaxt ayırmalı ola bilərsiniz. Sevdiklərinizə laqeyd yanaşmayın. 

Tərəzi:
Bu gün ailə məsələləri ön plana çıxa bilər. Fikir ayrılıqları və ziddiyyətlər sizi narahat edəcək. Qapanan məsələləri yenidən açmağı sevməsəniz belə, problemlərə göz yummayın. Yaxınlarınızın sizdən gözləntilərini qarşılamağa çalışın.

Əqrəb:

Yaxın ətrafınızdan alacağınız dəstək motivasiyanızı artıracaq. Sizin qətiyyətli, aydın və sabit duruşunuz ətrafınızdakılar tərəfindən fərq edilir və təqdir olunur. Bu gün ciddi addımlar atmaq, məsuliyyətlərinizi artıracaq qərarlar qəbul etmək mümkündür. 

Oxatan:
Maddi imkanlarınızı artırmaq istiqamətində möhkəm addımlar atacaqsınız. Səyləriniz üçün mükafatlandırılacaqsınız səbirli olsanız, zamanla hər şey yaxşılaşacaq. Xəyallarınızdan əl çəkməyin. Təhsil həyatınızla bağlı məsələlərdə yeni başlanğıclar edə bilərsiniz.

Oğlaq:
Bu gün emosional ehtiyaclarınıza bir az diqqət yetirməlisiniz. Özünüzü xoşbəxt edəcək addım atmalısınız. Görünüşünüzlə bağlı yeniliklər etmək üçün münasib gündür. Daimi, möhkəm, uzunmüddətli münasibətlərin əsasları bu gün qoyula bilər.

Dolça:
Bu gün səhhətinizin qeydinə qalmalısınız. Həyata olan sərt münasibətiniz sağlamlığınıza təsir edir. Gizli və qeyri-müəyyən məsələlər gündəmdə ola bilər. Birlikdə işlədiyiniz insanlar sizi qıcıqlandıra bilər. Etibar etmədiyiniz insanlardan uzaq durun.

Balıqlar:
Arzularınızı həyata keçirməyə daha yaxın hiss edirsiniz. Gələcəyinizlə bağlı planlar qura bilərsiniz. Yaxınlarınız dəstəyini hiss edəcəksiniz. Vacib addımlar üçün münasib gündür. Bir yerdən başlamaq lazımdır, bu gün həmin başlanğıclar üçün çox uyğundur.

Zərifə Nağıyeva 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
23
unikal.az

9Mənbələr