AZ

Rumıniya ilə ticarət dövriyyəsi ötən il 29 faizdən çox artıb

Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası keçirilib.APA xəbər verir ki, iclasda iştirak etmək üçün Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə S.İ.Burdujanın təkbətək görüşündə ötən dövrdə ikitərəfli əməkdaşlığın inkişafı sahəsində görülmüş işlərə və Komissiyanın 8-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycan və Rumıniyanın diplomatik münasibətlərinin qurulmasından ötən dövr ərzində iki ölkənin əlaqələrinin daim genişlənməkdə olduğunu bildirib.2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin ölkələrimiz arasında əlaqələrin inkişafına imkan yaratdığı, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.Azərbaycan və Rumıniyanın iqtisadi əlaqələrində inkişaf dinamikasının davamı olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin yüksələn xətlə davam etdiyi və ötən il də 29,3 faiz artdığı qeyd edilib.S.İ.Burduja ölkəsinin Azərbaycanla dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişlənməsinə xüsusi önəm verdiklərini, hazırki iclasın da bu istiqamətdə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.İclasda enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sosial, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.Sonra S.Babayev və S.İ.Burduja Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının Protokolunu imzalayıblar.Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin Sədri-Dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.

Seçilən
217
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3578
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3492
Bu yol qovşağında təmir işləri aparılacaq
2968
Bakıda hoteldə yanğın başlayıb
2564
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1594
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1536
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1481
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1359
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1176
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1174
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1173
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1003
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
993
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
877
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
864
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
861
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
833
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
812
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
793
Sabah 5 kəndin qazı kəsiləcək
754