AZ

“Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsi başa çatıb

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü üçün qeydiyyat mərhələsi başa çatıb.
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupundan hafta.az-a bildirilib ki, martın 1-də start götürən və bir ay davam edən bu müddətdə 15 min 877 nəfər qeydiyyat mərhələsini uğurla tamamlayıb. Bununla da dördüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat üçün müraciətin ötən illərlə müqayisədə daha çox olduğu nəzərə çarpıb. Qeydiyyatdan keçənlərin 11 min 423-ü kişi, 4 min 454-ü isə qadındır. Dördüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 9 min 278 namizəd öncəki müsabiqələrdə də iştirak edib.
Müsabiqədə iştirak üçün mümkün yaş aralığının 21-51 yaş olduğunu nəzərə alaraq müraciət edənlər arasında 21-30 yaşda olan 5918 nəfər, 41-51 yaş aralığında isə 1831 nəfər namizəd yer alır. Namizədlərdən 21 yaşı olan iştirakçı sayı 52, 51 yaşında isə 22 nəfər təşkil edir.
Nəticələrə əsasən iştirakçıların 8 min 961 nəfəri dövlət, 6 min 665 nəfəri özəl, 204 nəfəri qeyri-hökumət, 148 nəfəri isə beynəlxalq təşkilatların əməkdaşlarıdır.
Hazırda müsabiqənin işçi qrupu qeydiyyatdan keçən şəxslərin qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılmasını həyata keçirir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Seçilən
122
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14554
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14178
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14057
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12077
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10180
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8519
"Zaur, yenə çaşdın..." - VİDEO
7516
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5617
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4007
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3966
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3861
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3812
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3654
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3477
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3020
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3015
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2798
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2740
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2641