AZ

Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 23-cü günüdür.

"Unikal"ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 2-də Bakıda imsak saat 04:55, iftar isə saat 19:21-dədir.

Ramazan ayının 23-cü gününün duası:

"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".

Tərcüməsi:

"İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!"

Allah orucunuzu qəbul etsin!

Seçilən
169
34
Mənbələr
Şərh ()
Bağla