AZ

İsrail Türkiyə müxalifətini təbrik etdi... QALMAQAL YARANDI

İsrailin xarici işlər naziri İsrail Katz martın 31-də Türkiyədə bələdiyyə seçkilərində qələbəsi münasibətilə türk müxalifətini təbrik edib.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Katz xüsusilə İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu və Ankara bələdiyyə başqanı Mansur Yavaşa təbrik ünvanlayıb.O, seçkilərdə hakim AKP-nin məğlubiyyətini “Prezident Ərdoğana açıq mesaj” adlandırıb: “İsrailə hücum etmək artıq işə yaramır, o, yeni şeylər tapmalıdır”.Qeyd edək ki, İsrail XİN başçısının təbriki və xüsusilə Prezident Ərdoğan barədə sözlərinə Türkiyə mediası sərt reaksiya verib.

Seçilən
179
4
Mənbələr
Şərh ()
Bağla