AZ

Moskvada artıq onuncu “terrorçu tacik” həbs edildi..?

…Bu arada Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı Tacikistan əsilli Yakubconi Yusufzodanı həbs edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Məhkəmə bağlı qapılar arxasında keçirilib. Belə ki, Yusufzoda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə ittiham olunur.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Crocus City Hall”-a “hücum”dan bir neçə gün əvvəl həmin şəxs cinayətin ortaqlarından birinin hesabına pul köçürüb.

...Bu pullar terrorçuların yerləşdirilməsi üçün xərclənib. Xatırladaq ki, martın 22-də Müslüm Maqomayev adına “Crocus City Hall”da terror aktı baş verib – bir neçə silahlı terrorçu binaya soxularaq atəş açıb və konsert zalını yandırmağa başlayıb.

Və nəticədə 144 nəfər həlak olub, 550-dən çox insan yaralanıb.

Nazlı

Seçilən
186
29
Mənbələr
Şərh ()
Bağla