AZ

Küçəyə atılan alimlə bağlı yeni detallar









Cəmaləddin Quliyev


Yaşlı, maddi sıxıntlar məngənəsində yaşayan alim Fazil Qaraoğlunun(İsmayılovun) sosial media ulduzuna, Azərbaycanda elmə münasibəti sorğulamaq üçün rəmzə çevrilməsi haqda nəsə qeyd paylaşmaq istəmzədim.

Çünki bura Azərbaycandır, ölkədə nə elmə münasibət ideal deyil, nə sosial siyasət. Heç kim heç nədən sığortalı deyil. Amma mübaliğələr bitmir...

Əvvələn, heç kim xüsusən də alim maddi sıxıntı içərisində yaşamamalıdır. Yaşayırsa, demək sosial siyasətdə, xüsusən elm adamları ilə bağlı dövlətin qayğı siyasətinin icrasında böyük qüsurlar var. Yalnız icraçılar deyil, elə cəmiyyət də suçludur. Niyəsini sonda yazaram.

İkincisi, hörmətli alim bildiyim qədər uzun illər aparıcı qəzetlərin birindən aylıq alırdı. Yazılarına görə deyil, məhz ona yardım edilsin deyə müəyyən edilmiş aylıq idi. Həmin qəzetin olduqca yaxşı kollektivi və dəyərli də baş redaktoru var. İndi o aylıq dayandırılıbsa, bunun suçunun onlarda olmadığına əminəm. Hörmətli professor mürəkkəb şəxsdir, yardım edənlərin ona irsən borclu olduğuna inanacaq bir psixologiyası var. Uzun illər kirayədə qaldığı evin sahibinin dedikləri də təxminən bu barədə idi.

Üçüncüsü, 17 il Türkiyədə professor kimi işləmiş şəxsin maddi sıxıntıları bu qədər olmamalıdır , məntiqlə. Çünki bizdən fərqli oalraq orada professor maaşı yetərlidir. Hərçənd sonradan həyatında baş vermiş hansısa faciəvi halın onun durumunu ağılrlaşdıra bilməsi də mümkündür.

Dördüncüsü, Azərbaycanda professor rütbəsinə görə maaş və təqaüddən savayı 300 manata qədər əlavə ödənilir. Bu, Akif Əlizadənin vaxtından belədir. Ona verilmirsə, demək, elmi dərəcəsi bizdə təsdiqlənməyib, ya da elm siyasətinə məsul şəxslərin səhlənkarlığı - yaxşı halda, ya da korrupsiyası üzündən - pis halda bu vəsait ona çatmır.

Beşincisi, niyə varisləri onu himayə etmir demirəm, ailədaxili münasibətlər başqalarının müzakirə edəcəyi iş deyil. Amma yaşlı və kimsəsiz şəxslər üçün pansionatlar var. Üstəlik, öz kitabları, öz işləri ilə məşğul olan, paytaxtın sosial həyatında aktiv iştirak etməyən şəxsin məhz paytaxtın mərkəzində yaşaması belə vacib deyil axı. Yığılan vəsaiti yenidən kirayayə yönlətməkdənsə, məsələn, Ələtdə geniş mənzil alıb bağışlamaq olardı. Qoy zəhmət çəkib ƏƏSMN də ona xidmət edəcək sosial işçi ayırsın.

Altıncısı, FB dostların paylaşımından anladığınız qədər o, ciddi tarixçi deyil. Kefi istəmədiyi üçün Azərbaycan dövlətlərinin heç birini - nə Bayandırlıları, nə Baharlıları, nə Əfşarları, nə də Qızılbaşları türk dövlətləri siyahısına salmayıb. Əvəzində miladdan qabaq 2–ci minillikdə hun “tapıb”. Bildiyim qədər Türkiyəyə də texniki elmlər sahəsində alim kimi dəvət edilib (Yanlışım olsa, düzəldərsiz). Zira o illər Türkiyədə o sahədə bir aclıq var idi, bizim o sahələr üzrə mütəxəssisləri də yaxşı dəyərləndirirdilər.

Yeddincisi, Quranın nə rus dilinə, nə də Azərbaycan dilinə ilk tərcüməçisi deyil. Bu, hörmətli alimi şişirtmək üçün deyilmiş yalandır. Türkiyənin müvafiq qurumunun yayımladığı materaildan anlaşılır ki, tərcümələrini də orijinaldan deyil, Quranın türk dilinə məalından edib. Çünki nə ilahiyyatçı deyil, nə də ərəb dili haqda anlayışı yoxdur. O ilklərin haqqı kimlərdədir, bunu bilməmiş deyilsiz.

Türkiyədə arxivdə işləmək üçün də Ərdoğanın xüsusi icazəsinə ehtiyac yoxdur. Belə icazəni istənilən şəxs mənzilindən çıxmadan internet üzərindən əldə edə bilər. Yəni bu da bir yersiz şişirtmə idi.

Səkkizincisi, Azərbaycanda alimlərin, tərcüməçilərin, nəhayət vətəndaşların əməyinin adekvat qiymətləndirilməsinə kompleks yanaşmaq zamanı çatıb. Yoxsa alimi, tərcüməçini, yazıçını yeni “Gülxanım” sayaq sosial media ulduzu etməklə qayğı göstərməzlər. Bir Gülxanımın, ya Fazilin həyatını kimsə təsirli dillə anlatdığı üçün bunu ümummilli faciə, 50 min şəxsin bir gündə işsizə çevrilməsini isə statistika kimi qəbul edən cəmiyyətlər qorxuncdur. Dəhşətli dərəcədə qorxunc...
Seçilən
174
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3901
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3634
Bu yol qovşağında təmir işləri aparılacaq
3113
Bakıda hoteldə yanğın başlayıb
2707
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1826
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1677
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1550
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1469
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1435
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1263
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1250
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1173
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1155
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
962
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
951
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
920
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
915
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
871
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
848
Sabah 5 kəndin qazı kəsiləcək
781