AZ

"Mədəniyyət Nazirliyi qələbəyə həsr olunmuş 40-dan artıq filmin istehsalına maliyyə dəstəyi göstərib"

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi son illər ərzində Qarabağ mövzusuna, o cümlədən Aprel döyüşlərinə, Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş 40-dan artıq müxtəlif metrajlı filmin istehsalına maliyyə dəstəyi göstərib. Bu ekran əsərləri arasında həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən çəkilən filmlər var". Bu barədə "Bakı-Xəbər"in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.Vurğulanıb ki, Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi mövzusunda keçirilmiş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi uğurla başa çatıb, müsabiqədə seçilən 11 film layihəsinin istehsalı tamamlanıb. "2022-ci il avqust ayının 2-də Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq kino nümayişi təşkil olunmuş və digər filmlərlə yanaşı “Böyük Qayıdış” müsabiqəsinin qaliblərindən olan “Arxa cəbhə” və “Hasar” bədii filmlərinin də nümayişi keçirilib, filmlər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. “Hasar” bədii filmi həmçinin həmin il sentyabrın 7-dən 11-dək Rusiya Federasiyasında keçirilən XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında, 11-15 noyabr tarixində isə 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında iştirak edərək ölkəmizi təmsil etmişdir".Bildirilir ki, bundan əlavə, Nazirliyin dəstəyi ilə bu mövzularda çəkilmiş “Biz”, “Şuşa, sən azadsan!”, “Hadrut, sən azadsan!” (Bakı Media Mərkəzi ilə birgə), “Fulya”, “ANAMA” sənədli filmləri və “Qarabağ Futbol Kulubu” adlı 3 seriyalı sənədli film tamaşaçılara təqdim olunub.Eyni zamanda, ötən müddətdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə İctimai Televiziyanın müştərək işi olan “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsindən 12 film istehsal olunub. Bu filmlərin hər biri müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Sənədli silsilə İctimai Televiziyada nümayiş etdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İnternetdə sözügedən filmlərin onlayn baxış sayı 3 milyonu keçib. Nazirliyin dəstəyi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” adlı silsilə çərçivəsində Aprel döyüşlərinin və Vətən müharibəsinin qəhrəmanları haqqında sənədli filmlər çəkilib.Nazirliyin dəstəyi ilə  "Azərbaycanfilm"də Vətən müharibəsindəki qələbəmizə həsr edilən “Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filmi istehsal olunub və film Türkiyədə keçirilən 2-ci "Korkut Ata" Türk Dünyası Beynəlxalq Film Festivalında "Ən yaxşı rejissor işi" nominasiyasının qalibi olub". Qeyd edilib ki, “Həyat, deyəsən, gözəldir” bədii filminin bir neçə dəfə nümayişi təşkil edilib və maraqla qarşılanmışdır. Nazirliyin dəstəyi ilə "Narimanfilm" kinostudiyasında çəkilən "Doğma torpaq" tammetrajlı bədii filminin istehsalı başa çatdırılıb. Qeyd edək ki, Azərbaycan ictimaiyyətinin, elə medianın da qənaətinə görə, Azərbaycanda Aprel zəfəri ilə bağlı tammetrajlı bədii filmlər çəkilmir.İradə SARIYEVA

Seçilən
40
8
Mənbələr
Şərh ()
Bağla