Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitı şəhərində keçirilən görüşdən sonra bıçaqlanıb. Region başçısı xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə region rəhbərinin mətbuat xidmətindən bildirilib.
“Silahlı hücum olub, nəticədə o, qarnından bıçaqlanıb. Hücum edən şəxs saxlanılıb”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, insident şəhər sakinləri ilə görüşdən sonra mədəniyyət mərkəzindən çıxarkən baş verib.
“İndi qubernator əməliyyat otağındadır”, - deyə əlavə edilib. Diqqətə çatdırılıb ki, qubernator huşunu itirməyib.