AZ

Peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə İCAZƏ VERİLƏCƏK 

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakı sırasından çıxarılır. 

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. 

Dəyişikliyə əsasən, qanunun 6.2.1-ci maddəsindən (özəlləşdirilməsi qadağan olunan əmlak) “geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri” sözləri çıxarılır. 

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib. 

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
11
Mənbələr
Şərh ()
Bağla