AZ

Ərdoğan Baydenlə görüşdə Ukrayna və Qəzzanı müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın əvvəlində Vaşinqtona planlaşdırılan səfəri zamanı ABŞ lideri Cozef Baydenlə Ukrayna böhranı və Qəzza sektoru ətrafındakı vəziyyəti müzakirə edəcək.

AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu NATO ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin iclasında iştirak etmək üçün getdiyi Brüsseldə jurnalistlərə deyib. Onun sözlərinə görə, səfərin gündəliyində duran bütün məsələlər arasında ikitərəfli və regional əməkdaşlığa xüsusi diqqət yetiriləcək.

“Qəzza sektorundakı vəziyyət birinci yerdədir, Ukrayna məsələsi də gündəmdə olacaq. Hər iki müharibə regionumuza təsir edir və risklər yaradır”, - deyə Hakan Fidan bildirib. Nazir, həmçinin F-16 qırıcıları ilə bağlı məsələnin həll olunduğunu da vurğulayıb. 

Türkiyəyə 40 ədəd yeni F-16 qırıcısının satılması və mövcud 79 təyyarənin modernizə edilməsi mövzusu uzun müddətdir həll olunmamış qalsa da, son zamanlar bu məsələdə ciddi irəliləyiş əldə olunub.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri mayın 9-na planlaşdırılıb.

Seçilən
153
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq