AZ

Binadan valideynlərinə baxan uşaq yıxılıb öldü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Binadan valideynlərinə baxan uşaq yıxılıb öldü

Rusiyanın Çelyabinsk vilayətində binanın həyətində uşaq meyiti tapılıb.

Sonxeber.az Lent.az- istinadla bildirir ki, hadisə Korolenko küçəsində baş verib. Mənzildə yeddi yaşlı qız nənəsi ilə birgə olub, lakin hadisə zamanı o, başqa otağa keçib.

Ailənin kiçik üzvü valideynlərinin evə gəlib-gəlmədiyini öyrənmək üçün pəncərədən baxıb. Qız pəncərənin üstündə dayanıb, yeddinci mərtəbənin pəncərəsini açıb və yıxılıb.

Hadisə yerinə gələn həkimlər onu xilas edə bilməyiblər.

Seçilən
50
3
Mənbələr
Şərh ()
Bağla