AZ

Ukraynada planlaşdırılan ərazinin 15%-də yazlıq bitkilər əkilib

Aqrar Siyasət Nazirliyinin məlumatına görə, aprelin 4-nə Ukraynada 852,1 min hektar (və ya planlaşdırılan sahənin 15,2 faizi (5,601 milyon hektar)) yazlıq taxıl və paxlalı bitkilər səpilib.

Fins.az xəbər verir ki, səpin dinamikası aşağıdakı kimidir:

  • Buğda - 118,3 min hektar və ya planın 48,1 faizi (246,1 min hektar);
  • Arpa - 543,2 min hektar və ya planın 66,4 faizi (818 min hektar);
  • Noxud - 119 min hektar və ya planın 74,4 faizi (159,9 min hektar);
  • Yulaf - 62,4 min hektar və ya planın 38,4 faizi (162,7 min hektar);
  • sair taxıl və paxlalılar - 9 min hektar və ya planın 10 faizi (92,4 min hektar).

Yağlı bitkilərə gəlincə, hesabat tarixinə Ukraynada 35,6 min hektar günəbaxan və ya planlaşdırılan sahənin 1 faizi (5,288 milyon hektar), planlaşdırılmış 1,99 milyon hektardan isə 1,8 min hektar soya əkilib.

Şəkər çuğundurunun əkini də davam etdirilir, 58,7 min hektar və ya planın 23 faizi (256,5 min hektar) əkilib.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
92
2
Mənbələr
Şərh ()
Bağla