AZ

"Koroğlu"dakı qəza yerində son vəziyyət - YENİLƏNİB - VİDEO - FOTO

Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli bitum dağılıb.

Gundem.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.





Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Volvo" markalı, 30 ton tutuma malik çəni olan yük avtomobilinin yolun hərəkət hissəsinə aşması nəticəsində 200 m2 sahəyə yanğın təhlükəli bitumun dağıldığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ərazidə mümkün yanğın təhlükəsi aradan qaldırılıb.



-------

15:04

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı yük avtomobillərinin sürücülərinə müraciət edib.

Müraciətdə deyilir:

"Bəzi hallarda yük avtomobillərinin normadan artıq yüklənməsi, sürücülərin sürət həddinə və manevr etmə qaydalarına əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Qəza olduğu zaman daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması isə sıxlığın yaranmasına və yolda mədudiyyətlərin tətbiq edilməsinə gətirib çıxarır. Bu gün Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısında bitum daşıyan yük avtomobilinin aşması ilə nəticələnən hadisəni qeyd olunanlara aid etmək olar. Bu cür hadisələrin yaşanmaması üçün bir daha yük maşınlarının sürücülərini yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq".

-------

13:44

Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Nəticədə avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

 



Məqaləyə dair fotomateriallar:















 

Seçilən
118
50
Mənbələr
Şərh ()
Bağla