AZ

Araşdırma: 1 ay tam yuxu alanlar özlərini 6 yaş cavan hiss edirlər

Alimlər müəyyən ediblər ki, 1 ay ərzində tam yuxu alan insanlar özlərini təxminən 6 yaş daha cavan hiss edirlər.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, İsveçdəki Karolinska İnstitutunun tədqiqatçıları kifayət qədər yatmaq və qəbul edilən yaşla yuxusuzluq arasındakı əlaqəni araşdırıblar.

 

Tədqiqat çərçivəsində 18-70 yaş arası 429 nəfərlə aparılan ilk araşdırmada insanlardan son bir ayda neçə gecə kifayət qədər yatdıqları və az yatdıqları günlərdə özlərini neçə yaşında hiss etdikləri soruşulub. 

 

Əldə edilən məlumatlar psixoloji tədqiqatda istifadə olunan standart şkala uyğun olaraq qiymətləndirilib.

 

İlk araşdırma nəticəsində elm adamları, insanların tam yuxu almadıqları hər gün üçün 3 ay qocaldıqlarını, son bir ayda tam yuxu alanların isə özlərini təxminən 6 yaş cavan hiss etdiklərini bildiriblər.

 

İkinci araşdırmada 18-46 yaş arası 186 könüllü iki gün dalbadal 4 saat yatdıqda nə qədər yaşlı hiss etdikləri araşdırılıb. Nəticədə iki gün dalbadal cəmi 4 saat yatan könüllülərin özlərini təxminən 4,5 yaş daha yaşlı hiss etdikləri müəyyən edilib.

Seçilən
145
4
Mənbələr
Şərh ()
Bağla