AZ

“Lotu Quli” ilə bağlı cinayət işində yeni detallar üzə çıxıb

Ölümünü qardaşı sifariş edib  Antalyada 2020-ci ilin 20 avqustunda öldürülən “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovla bağlı cinayət işində yeni detallar üzə çıxıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 8 şübhəlinin məhkəməsində Xaqan Zeynalov və Əmir Həmidliyə ağırlaşdırılmış ömürlük həbs, Əli Mövlamlı və Rəsul Həsənova isə 12 il azadlıqdan məhrumetmə cəzası verilib. 4 nəfərsə sərbəst buraxılıb. İstintaq materiallarına görə, N.Səlifov X.Zeynalov tərəfindən tapança ilə başına 2 dəfə atəş açılmaqla öldürülüb. Qarşı tərəfdəki şəxslərin atəş açmasıyla X.Zeynalov özü də yaralanıb. O, Ə.Həmidlinin avtomobilinə minərək oradan uzaqlaşıb. Antalya Əmniyyət Müdirliyi şübhəliləri Dənizlidə yaxalayıb. Məhkəmə istintaqı zamanı X.Zeynalov Nadir Səlifovu öldürmədiyini, onunla dostluq etdiyini, lakin cinayət əməllərinə qatılmadığını, N.Səlifovun 2018-ci ildə ondan Moskvadakı bir iş adamını qaçırmasını istədiyini, ancaq bu təklifi də qəbul etmədiyini söyləyib. 2020-ci ilin iyul ayında N.Səlifovun onu Antalyaya çağırıb və yenə də ona iş adamının qaçırmasını istədiyini deyib. X.Zeynalov imtina etdikdə onu təhqir edib, X.Zeynalov qarşılıq verincə, yanındakı şəxslər atış açıblar. X.Zeynalov da silahını çıxarıb atəş edib. Amma atəş edərkən N.Səlifov orada olmayıb. N.Səlifovun öldüyünü isə polis idarəsində eşidib. X.Zeynalov “məndə olan məlumata görə, N.Səlifovu öz qardaşı Müşviq Səlifov öldürtdürüb. “Quli”nin düşmənləri ilə 10 milyon dollar müqabilində razılaşıb. Bizə isə tələ qurub”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
50
Mənbələr
Şərh ()
Bağla