AZ

"Brüsseldə NATO-nun birliyi əlaməti olaraq tort kəsilib, Tramp bu şokoladı tapdalamayacaq ki?" - "The Sunday Times" 

"Trampın fikirləri korrekt olmasa da, onun NATO-nun ABŞ üçün  qeyri-mütənasib yük olması tezisi ədalətlidir..."
 
"Bu cümə axşamı NATO-nun 75 illiyi tamam olub, lakin Tramp növbəti "doğum gününü" qeyd etməyə imkan verəcəkmi?.."
 
Aprelin 4-də Brüsseldə NATO-nun 75 illiyi və birliyi şərəfinə şokolad tort kəsilib, lakin 2024-cü ildə Donald Trampın ABŞ-ın yeni prezidenti olacağı təqdirdə bu tortu tapdalamayacaq ki?
 
Moderator.az xəbər verir ki, bu barədə "The Sundy Times" nəşri yazır. 
 
Vashinqtonun nüvə gücü Alyansın digər 31 ölkəsinin o cümlədən Rusiyanın təhlükələrindən gizləndiyi çətirdir.
 
Lakin Donald Tramp siyasətçi olaraq artıq çoxdandır ki, NATO-nu tənqid edir, əlavə olaraq hazırki prezident Baydeni dəstək səviyyəsi üzrə sorğularda ABŞ-ın ən azı 6 ştatında üstələyir.
 
Onun Amerika və NATO-nun gələcəyi ilə bağlı təsir və tənqidi qeydlərini görməzdən gəlmək olmaz, nəşr vurğulayır. 
 
"Trampın qrupun müəyyən etdiyi müdafiə xərclərinin ÜDM-in 2 faizinədək çatdırılması məqsədinə nail olmayan NATO "pozucuları" ilə rusiyalılara "ağlına gələn bütün şeyləri etməyə" imkan verəcəyi barədə kədərli fikirləri bəllidir", - nəşr xatırladır.
 
Bəzi siyasi "praqmatiklər" Trampın fikirlərinin dəyişkən olması və onun öz ritorikası və mövqeyini tez bir zamanda dəyişə biləcəyi barədə sakitləşdirici fikirlər yürütməyə cəhd edir. 
 
Məsələn, 2017-ci ildə Trampın müharibəyə olan münasibəti bu qədər Amerika-mərkəzçi mövqeli olmayıb.
 
O zaman o, Barak Obamanın "soyuq müharibə" dönəmindən bəri Amerika qoşunlarının böyük sayda Şərqi Avropada yerləşdirilməsi qərarına dəstək verib. 
 
Lakin Putinin Ukraynaya tammiqyaslı heyrətedici hərbi müdaxiləsindən sonra peyda olan siyasətçi Trampın yeni "versiyası" başqa fikirlər səsləndirir. Hərçənd, onun bir sıra tezisləri, o cümlədən NATO-nun ABŞ üçün yük olması tezisi ədalətlidir, nəşr hesab edir.
 
"Tramp o qədər də korrekt ifadələr işlətmir, lakin onun Amerikanın NATO-da qeyri-mütənasib yük daşıması barədə fikri ədalətlidir. Bir il öncə Alyansın 11 üzvü Putinin 2014-cü ildə Ukraynanın Krım bölgəsini zəbt etdikdən sonra müdafiə xərclərinin ÜMD-in 2 faizlik göstəricisinə nail olub. Hərçənd, Stoltenberq bəyan edib ki, bu il bu rəqəm 18-ə çatacaq", - nəşr qeyd edib.
 
Hazırda ABŞ-da vəziyyəti dəyişməyin lazım olduğu barədə ikipartiyalı razılıq mövcuddur. Mühafizəkarlar müdafiə xərclərinin ÜDM-in 2, 5 faizinədək artırmağı vəd edib, leyboristlər isə bu planlara dəstək verərək öz üzərinə möhkəm öhdəliklər götürməyəcəklərinə eyham vurub. 
 
Hazırda Trampın prezident kimi siyasətinin necə olacağını qiymətləndirmək çətindir. İstisna edilmir ki, qələbə qazanacağı təqdirdə Ağ Evdəki "müdrik başlar" onu Amerikanın nüvə silahının yayılmasına dəstək verməli olduğuna inandıra bilər.
 
"Lakin o zaman Amerika özünü daha həsas edəcək və buna bel bağlamaq olmaz", - nəşr qeyd edir.
 
***
 
Ukraynalılar arasında Donald Tramp təkcə Kapitoliyə hücumla bağlı öz qalmaqalı ilə deyil, həm də Ukraynada müharibə ilə bağlı kifayət qədər populist bəyanatları ilə tanınır.
 
O cümlədən siyasətçi dəfələrlə vurğulayıb ki, onun Putinlə sıx münasibətləri var və ona görə də müharibəni 24 saat ərzində sona yetirə bilər. 
 
Bu yaxınlarda amerikalı diplomat Qordon Sondlend "Forbes" nəşrinə müsahibəsində deyib ki, Trampın sözləri, böyük ehtimalla, hiperboladır.
 
Eyni zamanda, Sondlend əmindir ki, Tramp prezident kimi Ukraynaya dəstək verəcək. "Düşünürəm ki, o, Putinə bəzi şeyləri anladacaq. Tramp məsələlərə son qoymağı Baydendən yaxşı bacarır", - o, deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
36
moderator.az

10Mənbələr