AZ

Hülya Avşardan qalmaqallı ailə təklifi

İki dəfə ailəli olub boşanan türkiyəli məşhur ulduz Hülya Avşar evliliklə bağlı diqqətçəkən açıqlamalar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun müvəqqəti ailə modeli müzakirələrə səbəb olub.

"Bu ailələr beş illik müqavilə ilə olsa, insanlar heç olmasa həyəcanla bir-birindən soruşacaqlar ki, beş ildən sonra mənimlə yenidən evli qalmağa davam edəcəksənmi? Düşünsək, bu, bir növ icarə kimi olacaq. Bu sizi həyəcanlandırmırmı?", - deyə Avşar qonağı professor Arif Məhsuldardan soruşub.

Qeyd edək ki, aktrisa özünün "YouTube"da yayımladığı "Bir Hülya Avşar Sohbeti" podkastında qəbul etdiyi qonaqlar və işıqlandırdığı mövzularla tez-tez gündəm yaradır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
141
14
Mənbələr
Şərh ()
Bağla