AZ

“Crocus”a hücum edən terrorçular kuratorlarının adını açıqladılar


“Crocus City Hall”a hücum edən terrorçular onların kuratorlarının adını açıqlayıblar.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər verir ki, terrorçular dindirilmə zamanı onların kuratorlarının Sayfullo adlı şəxs olduğunu bildiriblər.
Terrorçuların sözlərinə görə, onlar mütəmadi olaraq Sayfullo adlı şəxslə əlaqə saxlayıb və ondan təlimat alıblar.
Kurator onlara terror aktı törətdikdən sonra avtomobillə Ukrayna ilə sərhədə doğru hərəkət etməyi əmr edib. Sərhəddən bir qədər aralıda terrorçular maşını tərk etməli, sonra isə öz idarəçilərinin köməyi ilə Ukrayna ərazisinə keçməli idilər. Sayfullo terrorçuları Kiyevə çatdıracağına söz verib və orada onların hər birinə bir milyon rubl verməyi vəd edib.
Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” kompleksində terror aktı baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
26
Mənbələr
Şərh ()
Bağla