AZ

"Qana-qan, ölümə-ölüm": Kiyev Xarkova görə Rusiyaya "konkret cavab" hazırlayır

"Ukraynanın iri şəhərlərinə davamlı zərbələrlə rusiyalılar əhalini terrora məruz qoyur, ukraynalıların müqavimət iradəsini qırmağa cəhd edir..."
 
"Xəyala qapılmaq lazım deyil, 48 saat ərzində hamı məhəllə-məhəllə Xarkovu tərk edib rədd olmalıdır..."
 
Ukrayna Xarkovun hər gün qəddar atəşlərə məruz qaldığına görə "konkret cavab" hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib. Məlumatı "news.liga.net" nəşri yayıb.
 
Zelenskinin sözlərinə görə, o, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və daxili işlər naziri İqor Klimenko ilə Rusiyanın Xarkova və Ukraynanın şərq regionlarına zərbələri ilə bağlı "ayrıca söhbət" aparıb.
 
"Rusiya öz terrorunu bir dəqiqə belə dayandırmır. İnsanlarımızın etibarlı müdafiəsi üçün işləyirik. Düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq", - Zelenski məlumat verib.
 
Ukrayna prezidentinin sözlərinə görə, o, həmçinin cəbhədəki vəziyyəti Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə gələcək fəaliyyətin razılaşdırılması üçün müfəssəl müzakirə edib.
 
"Hər bir döyüş briqadasının dövlətin müdafiəsi naminə bütün zəruri olanlara malik olması üçün maksimum çalışırıq", - Zelenski vurğulayıb.
 
Son ayda Rusiya xüsusilə Ukraynanın şərqi və cənubundakı iri şəhərlərə zərbələr endirməyə başlayıb. Ən çox zərər çəkən Xarkov, Odessa və Zaporojye şəhərləridir, bu yaşayış məntəqələri hər gün raketlər, aviasiya bombaları və kamikadze-dronlarla hücumlara məruz qalır. 
 
Analitiklər qeyd edir ki, bu taktikanın hərbi məqsədləri yoxdur, bu üsulla rusiyalılar əhalini terrora məruz qoyur, ukraynalıların müqavimət iradəsini qırmağa cəhd edir.
 
Bu yaxınlarda Rusiyanın Xarkov və Ukraynanın digər iri şəhərləri ilə bağlı niyyətlərini Rusiya Dövlət Dumasının deputatı, dövlət mühafizəsi orqanlarının sabiq əməkdaşı Andrey Luqovoy müfəssəl olaraq səsləndirib.
 
"Xarkovu o qədər elektrik enerjisiz qoymaq lazımdır ki, o, həyatıqabiliyyətli olmasın. Orada qalan 800 min adam piyada, yaxud maşınlara, arabalara əyləşib Qərbə üz tutsunlar", - o, Kremin Ukraynanın rusdilli əhalisinin "müdafiəsi" üçün planlarını təsvir edib.
 
Onun bu fikrini Rusiyanın əsas təbliğatçılarından olan Vladimir Solovyov davam edib.
 
"Xəyala qapılmaq lazım deyil, 48 saat ərzində hamı Xarkovu məhəllə-məhəllə tərk edib rədd olmalıdır", - o, bəyan edib.
 
Ukrayna Baş Qərargahı rəisinin sabiq müavini qeyd edib ki, Putin Xarkovu ona "bir dəfə də tabe olmayan" "dini və rusdilli" şəhər hesab edir.
 
"Putin bu şəhərə böyük ümidlər bəsləyib, orada, Ukraynanın ilk paytaxtında o zamankı rəhbərlik vasitəsilə "rus dünyasını" irəliyə aparmağa ümid edib. 
 
Lakin nə 2014-cü, nə də 2022-ci illərdə buna nail ola bilməyib, hərçənd, buna böyük vəsaitlər xərclənib. Ona görə də Putin Xarkova "dişlərini qıcayıb", - ekspert Kremlin Ukraynanın ilk paytaxtının məhv edilməsinə bu qədər mübtəla olduğunu izah edib.
Seçilən
236
11
Mənbələr
Şərh ()
Bağla