AZ

“Orta dəhliz” fenomeni: Qərb Bakını dilə tutur

ABŞ-nin dövlət katibi Entoni Blinken, AvropaKomissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın başnaziri Nikol Paşinyan arasında aprelin 5-də Brüsseldə keçirilmişgörüşdə müzakirə edilən məsələlər arasında İrəvanın "GlobalGateway" layihəsinə qatılma perspektivləri dəvardı.

Brüsseldə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)direktoru Samanta Pauer ilə N.Paşinyan arasındakı görüşdə dəsözügedən məsələ nəzərdən keçirilib.

Daha doğrusu, N.Paşinyanın "regional kommunikasiyaların bərpasıvə yeni logistika marşrutlarının işə salınması təşəbbüsü" kimitəqdim edilən "Sülh yolayrıcı" layihəsinin "Global Gateway"lə uzlaşdırılması müzakirəolunub.

Ermənistan ötən ilin sonlarından bəri "Sülh yolayrıcı"nı CənubiQafqaz bölgəsində "sülh, stabillik və inkişafın rəhni" kimi təqdimedir.

Brüssel görüşündən sonra isə rəsmi İrəvan, ümumiyyətlə,Ermənistanın "Global Gateway"ə qatılması, TBNM-də yer alması və buminvalla "Rusiyanın maraqlarına xidmət edən layihə" qismindətanıdılan "Şimal-Cənub" marşrutu ilə Zəngəzur dəhlizilayihəsinə "real alternativ" olduğu vurğulanır.

İrəvan siyasətçiləri, dövlət mənsubları və mediası Brüsselgörüşündən sonra bir narrativi sanki xorla təkrarlayırlar: "Avropaİttifaqı və ABŞ Ermənistanı on milyardlarla dollarlıq layihədəgörmək istəyir, Zəngəzur dəhlizi layihəsi Rusiyanın maraqlarınaxidmət edir, bu səbəbdən həmin layihəni həyata keçirməyə çalışanAzərbaycanla Rusiyanın bölgədə güclənməsini istəməyən Türkiyəarasında son vaxtlar münasibətlərdə sərinləşmə var, Ankara BakınıRusiyanın və Hindistanın maraqlarına xidmət etməkdə şübhəlibilir".

Həmçinin, ermənilərin propaqandasında o da bildirilir ki, "OrtaDəhliz" layihəsinin "həyata keçirilməsində əsas qüvvə vətəşəbbüskar ABŞ-dir". Buna "sübut" kimi ABŞ dövlət katibinin Avropavə Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayenə istinad olunur.

Sən demə, O-Brayen deyib ki, "yeni meqalayihə olan "OrtaDəhliz"dən Ermənistan da faydalanacaq", çünki Vaşinqtonunbölgəmizlə bağlı əsas strategiyası "region ölkələrinin birgəinkişafı"dır.

Ermənilər onu da deyirlər ki, sən demə, Zəngəzur dəhlizilayihəsi "yalnız Rusiyanın maraqlarına xidmət edir, Azərbaycan bunudəstəkləyir, Türkiyə və Qazaxıstan isə qətiyyətlə etiraz edir".

Marazm, idiotizm və absurd olsa da, narrativ inadla gündəmdəsaxlanılır.

"Maraqlı"dır ki, ABŞ-yə sığınmış "müstəqil bloqer", sonvaxtlarda "siyasi-ictimai xadim" xitablarını da həzzlə qarşılayan,de-yure azərbaycanlı olsa da, de-fakto çoxdan muzdlu xəyanət yolunuseçmiş şəxs həmin narrativi az qala sözbəsöz təkrarlayır.

O, "YouTube" kanalında "Deyilməyənlər: İkinci "Əsrin müqaviləsi"gəlir. Ermənistan da faydalanacaq. İran niyə susdu?" adlı xüsusiburaxılış da edərək, Ermənistanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda(TBNM) yer alacağını israrla vurğulayıb.

"Müstəqil bloqer" tamamilə yanlış, reallıqla heç bir əlaqəsiolmayan iddialarını səsləndirərkən Zəngəzuru inadla "ErmənistanınSünik vilayəti" adlandırıb və onun dediyindən belə əyan olub ki,ABŞ Ermənistanın da yer alacağı TBNM, yəni "Orta Dəhliz" layihəsiZəngəzur dəhlizinə qarşıdır.

Üstəlik, Türkiyə də Zəngəzur dəhlizi layihəsini "qəbul etmir".Halbuki rəsmi Ankaranın mövqeyi hələ 2020-ci ilin noyabrın sonundaaçıqlanıb: Türkiyə bölgəmizdə sülhün, stabilliyin və rifahınbərqərar olmasında Zəngəzur dəhlizi layihəsini önəmli amillərdənbiri sayaraq tam dəstəkləyir.

Bəs yaxşı, ermənilərin və onların narrativlərinitəkrarlayanların bəhs etdikləri "Orta Dəhliz", əslində, nədir?

... Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya "MiddleCorridor") Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizininakvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək, Avropaİttifaqında bitən beynəlxalq nəqliyyat dəhlizidir.

Marşrut habelə Çinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, Bir yol" beynəlxalq layihəsinin inkişafvariantlarından biridir ki, Böyük İpək Yolunun bərpası da sayılabilər.

Çinin Lyanyunqan limanından başlayaraq Sian şəhərinə, oradanQazaxıstanın Xorqos, Dostık şəhərlərinə, daha sonra Aktau və Kurıklimanlarına, oradan Azərbaycanın Ələt limanına, daha sornraTbilisi, Poti llimanına, daha sonra Türkiyənin Qars, İzmit, Mersinvə Çərkəzköyünə, oradan da Avropa İttifaqına uzanacaq TBNMdəmiryolu və dəniz nəqliyyatı ilə konteyner daşımalarını ehtivaedir.

Marşrutla ildə 10 milyon ton yükün, o cümlədən, 200 minədəkkonteynerin daşınması nəzərdə tutulub.

Qatarlar həftədə 3 dəfə hərəkət edəcək. Marşrutu quru yolu iləqət etmə müddəti 12-15 sutkadır.

2017-ci ildə ilk mərhələsi istifadəyə verilmiş TBNM-in Şixezi(Çin) - Keşlə (Azərbaycan), Lyanyunqan (Çin)- İstanbul (Türkiyə),İlyiçevsk (Ukrayna)- Dostık (Qazazxıstan) istiqamətləri artıqişləyir. Həmin istiqamətlərlə neft-kimya məhsulları, qara və əlvanmetallar, daş kömür, ferrolehimlər, kənd təsərrüfatı məhsulları vəkonteynerlər daşınır.

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar və Yəməndəkihusilərin Qırmızı dənizdə gəmilərə hücumlarından sonra TBNM-inönəmi daha da artıb.

TBNM marşrutunun təsis edilməsi ilə bağlı 2013-cü ilin noyabrın7-də imzalanmış anlaşmanı "Gürcüstan Dəmir Yolları"SC, "Aktau Beynəlxallq Dəniz Ticari Limanı" SC, "Qazaxıstan DəmirYolları" SC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan XəzərDəniz Gəmiçiliyi" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" və"Batumi Dəniz Limanı" ASC imzalayıblar.

Daha sonra layihəyə "TCDD Transportation" (Türkiyə),"Ukrzaliznıtsya"» (Ukrayna), "Lianyungang Port Holdings Group"(Çin), "Grampet Group" (Rumıniya), "Anaklia Development Consortium"(Gürcüstan) və assosiasiya edilmiş üzv qismində Özbəkistanqoşulublar.

TBNM-in idarəedici, operator şirkəti "Middle Corridor Multimodal"dır.

Avropa İttifaqı isə "Global Gateway" layihəsinə 300 milyard avrocəlb edərək Mərkəzi Asiyada, habelə Azərbaycanda və Gürcüstandainfrastruktur layihələrinə sərf edərək Transxəzər BeynəlxalqNəqliyyat Marşrutunu, yəni "Orta dəhliz"i daha da gücləndirməkfikrindədir.

Ukraynada Rusiya və Qərb arasında qarşıdurmanın sərtləşdiyi,Şərqi Asiyada Çinin planlarının reallaşmasına ABŞ-nin maneələryaratdığı indiki dönəmdə Avropa İttifaqı bütün imkanlarını işəsalaraq, Azərbaycan, Gürcüstan, xüsusilə də Mərkəzi Asiyaölkələrini "Orta Dəhliz" layihəsində daha aktiv iştiraka sövq etmək istəyir.

Aİ planlarını reallaşdırmaq üçün əvvəllər böyük narahatlıqlaqarşıladığı Türk Dövlətləri Təşkilatı (TDT) ilə də əməkdaşlıqetməyə hazırdır.

Brüsselin məqsədi Mərkəzi Asiyada və Cənubi Qafqazda Rusiya iləÇinin təsir imkanlarının artmasının qarşısını almaqdır.

Xatırladaq ki, ötən il ABŞ-nin dövlət katibi Entoni Blinkenin,daha sonra isə Fransa prezidenti Emmanuel Makronun Mərkəzi Asiyayasəfərlərinin məqsədləri rəsmən fərqli olsa da, mahiyyət eyni idi.Blinken bölgədə Rusiyaya qarşı mövqelər formalaşdırmaq, Makron isəfransızların Nigerdən qovulmasından sonra Fransada yaranmış uranqıtlığını Mərkəzi Asiyadan alışlar hesabına həll etməyə çalışırdı,amma onların ikisi də bölgə dövlətlərini Qərbə meyillənmiş siyasətəsövq etməyə can atırlar.

ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqaza da şamil etdiyi“Olduğundan yaxşısını inşa etmək” (“Build Back Better Plan”) strateji planı da bəhsetdiyimiz müstəvidədir.

Bu ilin ortalarında Özbəkistanda keçirilməsi nəzərdə tutulmuşAvropa İttifaqı-Mərkəzi Asiya sammitində müzakirə ediləcək əsasməsələlərdən biri də elə “Orta Dəhliz” layihəsidir.

Avropa İttifaqının ticarət məsələləri üzrə ali komissarı, AvropaKomissiyasının sədr müavini Valdis Dobmrovskis isə bəyan edib ki,Brüsselin bölgə ilə bağlı əsas planlarından biri Xəzər dənizindənkeçməklə Asiyadan Avropaya qlobal nəqliyyat dəhlizi layihəsiniinkişaf etdirməkdir.

Yəni Avropa İttifaqı bilavasitə Azərbaycandan keçən və ölkəmizinciddi yer aldığı “Orta dəhliz”dən bəhs edir.

Mərkəzi Asiya ölkələrinin Avropa İttifaqına quru yolu iləmarşrut istiqamətləri Rusiyadan, Azərbaycandan və İrandankeçir.

Ukraynadakı hərbi əməliyyatlara görə Brüssellə Moskvanınəlaqələri kəsildiyindən Rusiya variantı istisnadır. Avropaİttifaqının İranla əlaqələri çox zəif olduğundan, Qərbin İranaqarşı tətbiq etdiyi çoxsaylı sanksiyalar qüvvədə qaldığından İranmarşrutu da real deyil.

Yeganə variant və imkan Xəzər dənizindən, sonra da Azərbaycandankeçən marşrutdur.

Məhz bu səbəbdən Avropa İttifaqı ilkin mərhələdə “Orta Dəhliz”ə20 milyard avro, daha sonra isə 280 milyard avro sərmayə yatırmaqfikrindədir.

Bütün bunlar Azərbaycanın Rusiya ilə əlaqələrinin zəifləməsi vəya “Orta Dəhliz”in Moskvanın maraqlarına qarşı olması anlamınagəlməməlidir.

Rusiya Azərbaycanla yanaşı, bölgə ölkələrinin hamısı üçün önəmlitərəfdaşdır və belə də qalacaq.

Üstəlik, ölkəmizin Rusiya ilə birlikdə “Şimal-Cənub” və “3+3”layihələrini də reallaşdırdığını unutmayaq.

Ermənistana və erməni propaqandasının narrativlərinitəkrarlayanlara gəldikdə isə, onlara xəyallar aləmini tərk edərək,reallığı görmələrini məsləhət görürük.

Seçilən
248
50
Mənbələr
Şərh ()
Bağla