AZ

Həssas əhali qrupu üçün səyyar tibbi aksiya təşkil olunub 

Tərtər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Tərtər rayon Əskipara kəndində yerləşən tibb məntəqəsində aztəminatlı ailələr üçün səyyar tibbi aksiya keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd TƏBİB-in və İcbari Tibbi Sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işlər aparmaqdır.
 
Aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (laboratoriya, terapevt, pediatr, ginekoloq, şüa-diaqnostika və s.) həkimləri tərəfindən müayinə edilərək tibbi xidmət göstərilib.
 
Kənd sakinləri onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
aztibb.az

3Mənbələr