Masallınıın Köçəkli kənd məktəbinə xeyriyyəçilərin və yerli icmanın dəstəyi ilə tələb olunandan da çox dəftər daxil olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 400-dən artıq şagirdi olan məktəbin direktoru Ceyhun Qurbanov bu sayda ləvazimatların hətta məktəb şagirdlərinin 4 illik ehtiyacını ödəcəyini bildirib.
Eyni zamanda məktəbə ibtidai siniflərin ehtiyacı üçün 800 dəst məktəbli forması verilib.
Məktəbli formaları tələbatdan çox olduğu üçün onun bir qismi digər məktəblərə - Hacıtəpə, Həsənli, Məmmədxanlı, Qarğalıq, Qədirli, Musaküçə, Qasımlı, Mahmudavar və digər təhsil ocaqlarına paylanıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu