AZ

Şolts Əliyevin bu addımından istifadə edərək... - Politoloq

Almaniya kansleri Olaf Şolts böyük ehtimalla Azərbaycan və Ermənistan liderlərinin Berlində yeni görüşünü təşkil etmək istəyir. Kanslerin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığını bununla izah etmək olar.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, telefon danışığında əsasən iki ölkə arasındakı münasibətlər müzakirə edilib:

“Buna baxmayaraq, Olaf Şoltsun Paşinyanın Berlində yeni görüş təklifinə münasibətini öyrəndiyi də istisna deyil, sadəcə bunun bəri başdan açıqlanması lazım bilinmir. Bu ehtimalla Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, onun da eyni mövzuya münasibətini öyrənəcək. Şolts İlham Əliyevin Fransanın vasitəçiliyindən imtinasından istifadə edərək Almaniyanın bu məsələdə rolunu artırmağa, yəni ön plana çıxmağa çalışır. Rəsmi Bakı Berlinin təşəbbüslərinin əleyhinə deyil. Bu il ərzində Münhendə və Berlində görüşlər təşkil edilmişdi”.

Qeyd edək ki, tərəflər arasında telefon danışığı bu gün baş tutub.

Seçilən
139
1
Mənbələr
Şərh ()
Bağla