AZ

Paşinyanın “legitimlik xətti”

Növbəti mesaj, əldən qaçan şans və erməni avantürizmi 
Ermənistanın baş naziri Nikol Paşinyan “Telegram” kanalındakı video yayımında söylədiklərini, dolayısı ilə daha əvvəl də dilə gətirib. O, çıxışlarının birində bildirmişdi ki, məqsədi ölkəsi üçün mülkiyyət sənədi almaqdır. Başqa sözlə, söhbət “kupça”dan gedirdi. Həmin vaxt bir sıra müxalif siyasilər baş nazirin bu fikrini hay-küylə qarşılamışdılar. Həqiqətən, sual yaranmışdı: otuz ildən çoxdur fəaliyyət göstərən ölkənin mövcudluğunu təsdiqləyən hüquqi sənədin olmaması nə deməkdir? 
Amma N.Paşinyan reallığı dilə gətir­mişdi. Ona qarşı çıxanlar isə reallıq his­sini itirmişlər idilər və onlar Ermənistan cəmiyyətində yenə qalmaqdadırlar. Gö­rünür, belələrinin xəstəliklərini aradan qaldırmaq vaxt aparacaq. Nikol hələ ötən il vaxtın itirilməsinin ölkəsi üçün heç bir nəticə verməyəcəyinin, əksinə, əlavə problemlər doğuracağının anon­sunu səsləndirmişdi. 
Lakin onu da vurğulayaq ki, Paşin­yan dilə gətirdiyi həqiqətlərə söykənib fəaliyyət göstərə bilmir. Daha dəqiq desək, bunu bacarmır və ənənəvi er­məni avantürizminin girovuna çevrilir. Deməli, indi “Telegram” kanalında açıq­ladığı reallıqlar hələ o demək deyil ki, baş nazir fikrini dəyişməyəcək. Onun dediklərinə adekvat davranacağı, istər-istəməz, şübhə doğurur. 
Beləliklə, Ermənistan baş naziri bildirib ki, ölkənin təhlükəsizliyinin tə­minatı üçün onun legitimliyi üzərində dayanmaq lazımdır. Legitimlik xətti isə beynəlxalq səviyyədə tanınmış sərhəd­lərdir. Bu fikrə münasibət bildirəcəyik. Hələlik isə...
Bəli, Nikol yayımında sərhədlərin qorunması və təhlükəsizlik məsələ­sində erməni cəmiyyətinə hakim kəsil­miş düşüncəni açıqlayır. Sözügedən düşüncədə başlıca rolu ordu oynayır. Yəni, ordu güclüdürsə, deməli, təh­lükəsizlik etibarlı əllərdədir. Paşinyana gəldikdə, baş nazir söylədikləri ilə güclü ordu amilini bir kənara qoyur, sözlərin­dən belə çıxır ki, ordu amili bütün digər məsələlərin yoluna qoyulmasından sonra aktual sayıla bilər. Yaxud, ona müraciət dinc və diplomatik həll yolu ol­madıqda, mövcud istiqamətdəki bütün qapılar bağlandıqda məqbuldur. 
Xəstə erməni cəmiyyətində­ki hərbə-zorbalıq xarakterinə sübut baxımından çox da uzağa getməyə eh­tiyac yoxdur. Həmin cəmiyyət Ermənis­tan dövlətinin, onu dəstəkləyən xarici qüvvələrin Azərbaycana qarşı ərazi id­diasına sadiqlik göstərmiş, beynəlxalq hüquqa zidd olaraq işğal siyasətini dəstəkləmişdi. 44 günlük müharibə nə­ticəsindəki acınacaqlı məğlubiyyətdən nəticə çıxarmamışdı. Üstəlik, hazırda Ermənistanda güclü ordu qurub Azər­baycanın üzərinə getmək, Qarabağı geri qaytarmaq kimi revanşist baxışlar var. Paşinyan fikirləri ilə, faktiki olaraq, bu yanaşmanın keçərsizliyini bildirir. Onun ordu amilini ikinci plana atmasına səbəb elə budur. 
Digər tərəfdən, N.Paşinyan Ermə­nistan ordusunun gücsüzlüyünü vur­ğulayır. O, ümumən, hazırkı məqam­da güc yolu ilə nəyəsə nail olmağın mümkünsüzlüyündən söz açır. Əlbəttə, Nikol fikrini açıq-aşkar bildirə bilməz. Daxildəki başıpozuqların hərəkətə keç­mələrindən qorxur. Mövcud səbəbdən həmişə, bir qayda olaraq, sözünü subli­minal mesajlar vasitəsilə çatdırır. Xəstə cəmiyyət isə ya onun nə dediyini anla­mır, ya da anlayıb baş nazirə “satqın” və “xain” damğası vurur. Paşinyan isə bunun qarşılığında özünüqoruma ins­tinktindən qaynaqlanmış həyasızlığını işə salır, vaxtilə hər şeyi dediyini, amma sözünə qulaq asılmadığını bildirir... 
Gələk, N.Paşinyanın “legitimlik xət­ti” ritorikasına. Hesab edirik ki, əvvəlki, belə demək mümkünsə, “kupça” mən­tiqinin davamı olan bu ritorika ilə baş nazirin “beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz” deyimi arasında ziddiy­yət var. Məsələ burasındadır ki, Ermə­nistanın legitimliyi qurama xassəyə ma­likdir. Beynəlxalq səviyyədə tanınmaya gəlincə, Ermənistan adlı dövlət var və hələ 1991-ci ildə şans yaranmışdı ki, sözügedən legitimlik formalaşsın. Yəni, vəlvələdən və ya zəlzələdən ortada olan dövlətin qəbul edilməsi mümkün görünməyə başlamışdı. Ancaq Ermə­nistan həmin şansı elə o zaman əldən qaçırdı. Sübut olundu ki, ermənilər döv­lət milləti olmağa layiq deyillər. O da məlum oldu ki, beynəlxalq miqyasda ta­nınmış sərhədlər ermənilərə azlıq edir. Nəticədə Azərbaycan torpaqları işğala məruz qaldı. İşğal otuz ilə yaxın çəkdi...
Ötən müddətdə dünya birliyi Ermə­nistanı başqa dövlətin torpağına qəsb gerçəkləşdirdiyinə inandıra bilmədi. Rəsmi İrəvan işğalın dayandırılması ilə bağlı BMT-nin dörd qətnaməsinə məhəl qoymadı, çağırışlara əhəmiyyətsiz ya­naşdı, sülh danışıqlarını dalana dirədi. Yekunda Azərbaycan öz gücü ilə ədalə­ti bərpa etdi...
N.Paşinyan hazırda legitimlikdən danışmaqla, ölkəsi üçün həm də, bir növ, ədalət formulu axtarışına çıxıb. Hesab edir ki, erməni legitimliyi dövlətin təhlükəsizliyi üçün faktor rolunda çıxış etməlidir. Əlbəttə, o, otuz ildən artıq müddətin həmin legitimliyin qəbullan­ması baxımından itirilmiş illər olduğu­nun fərqinə varmasa da, yaxşı bilir ki, legitimliyin mövcudsuzluğu ölkənin təh­lükəsizliyi baxımından böyük problem­dir. Onun subliminal mesajsız, tam açıq şəkildə ortaya qoyduğu da elə budur. Beləliklə, N.Paşinyan bəyan edir ki, le­gitimlik “heç kimin bizə (Ermənistana – red.) hücum etməyə haqq qazandırmaq şansı”nın yaranmaması üçün lazımdır. 
Bəli, erməni cəmiyyəti bu barədə düşünməlidir. Elə Paşinyanın özü də. Düşünməlidir ki, Azərbaycanla kom­promisə getməmək, Bakının şərtlərini qəbul etməmək, məğlub dövlət kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək, Cənubi Qafqazı qlobal güclərin maraq və mənafe davasın­dakı rəqabət platformasına çevirmək Ermənistana heç bir legitimlik qazan­dırmayacaq. Həm də ona görə qazan­dırmayacaq ki, Ermənistanın ərazi bü­tövlüyünün özü nə qədər beynəlxalq səviyyədə tanınsa da, həmin tanınma üçün sərhəd xətti anlayışı yoxdur. 
Bir daha deyək ki, bu qeyri-müəy­yənliyi Ermənistanın özü Qarabağ avantürasını işə salmaqla yaratmışdı. Yəni, mövcud durumda dünya birliyinin edəcəyi heç nə yoxdur. Dünya böyük ölçüdə gücə tabedir. Beynəlxalq aləm Azərbaycanın hüquqi cəhətdən özünə məxsus olanı güc yolu ilə əldə etdi­yini gördü, prinsip etibarilə ölkəmizin mövqeyini bəyəndi. 
Qeyd edək ki, dünya birliyi Ermə­nistanın hazırkı əraziləri kimi meydana çıxan torpaqların, əslində, ona məxsus olmadığından da xəbərdardır. İstər-istəməz belə düşüncə yarana bilər və yaranır ki, ermənilərin öz dövlətləri və əraziləri olmayıb, onlar varlıqlarını qon­şularına qarşı iddialarla sürdürüb, çe­şidli qlobal oyunlarda alətə çevriliblər. Mövcud amplua kimlərəsə, hansı qüv­vələrəsə “fayda” gətirsə də, aydındır ki, belə mənfi reputasiyalı topluma müna­sibət müsbət deyil. 
Bəli, xaricilər mahiyyətcə erməniləri azğın obrazında görürlər. Tarixin müxtə­lif dövlərində onların azğınlığından yararlanıblar. Sonra erməni avantürist­ləri lazımsız əşya kimi kənara atılıblar. Ona görə 1991-ci ildə mövcudiyyətinə başlamış Ermənistan adlı dövləti şans qismində dəyərləndirmək mümkündür. Ölkənin işğalçılıq siyasəti, qonşulara qarşı ərazi iddiaları fonunda Paşinya­nın hazırda legitimliklə əlaqədar vurğu­laqıdığı məqamlar şansın əldən çıxma təhlükəsindən xəbər verir. Belədə daha bir sual yaranır: Nikol proseslərdə gü­nahkar deyilmi? 
Əlbəttə, günahkardır! Paşinyan ha­zırda dilə gətirdiklərini 44 günlük müha­ribədən əvvəl deməli idi. Amma demədi və “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verdi. 44 günlük mühari­bədən sonra da Paşinyan üçün şans yaranmışdı. Ancaq Azərbaycanın ona uzatdığı sülh əlini sıxmadı. Hətta bəzən həqiqətləri dilə gətirəndə, ilk baxışdan konstruktiv kimi görünəndə də, sonda prinsipial davranmağı bacarmadı. Bu gün isə bir növ küncə sıxılmış təsiri bağışlayır və legitim xətlərdən danışır. Hakimiyyətə gələndə yarada biləcəyi, 44 günlük müharibədən sonra yarat­maq üçün şans qazandığı və heç bir imkandan istifadə edərək yarada bilmə­diyi xətlərdən...
Ə.CAHANGİROĞLUXQ

Seçilən
223
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16619
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16191
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15677
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13740
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12617
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9767
"Zaur, yenə çaşdın..." - VİDEO
7951
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6275
Minimum əmək haqqı nə qədər arta bilər?
6129
Çingiz Mustafayevin toyudur - FOTOLAR
6104
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5360
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5279
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4553
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4296
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4234
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3303
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3287
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3067
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3029