AZ

Aleksander Çeferin UEFA-da korrupsiyanın olmadığını açıqlayıb

UEFA prezidenti Aleksander Çeferin qurumda korrupsiyanın olmadığını açıqlayıb.
Ednews xəbər verir ki, 55 yaşlı futbol funksioneri UEFA-da heç vaxt rüşvət qalmaqalı yaşanmadığını söyləyib.
Çeferinin fikrincə, insanlar rəhbərlik etdiyi qitə futbol qurumu ilə FİFA-nı qarışdırırlar: “Əminəm ki, UEFA mən gəlməzdən əvvəl də korrupsiyalaşmış təşkilat deyildi. Ancaq insanlar UEFA ilə FİFA-nı tez-tez qarışdırırlar. Mişel Platiniyə qarşı bir iş var idi, lakin o, FİFA-nın vitse-prezidenti kimi araşdırılırdı. Bura gələndə hər şeyi yoxladım. UEFA təmiz təşkilatdır. Bütün göstəricilərimizi dərc edirik, nəyə pul xərclədiyimiz məlumdur, gəlirimizin 97 faizini yenidən futbola yatırırıq”.
Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA-nın rəhbəri postunu tutur.

Seçilən
120
39
Mənbələr
Şərh ()
Bağla