AZ

“Liverpul” və “Milan” doğma meydanda məğlub oldu

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Unikal" xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşmalarından biri İtaliyada baş tutub. A Seriyası təmsilçiləri olan "Milan" və "Roma"nın üz-üzə gəldikləri matç paytaxt klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gecənin gözlənilməz nəticəsi İngiltərədə baş verib. "Liverpul" İtaliya "Atalanta"sına 0:3 hesabı ilə məğlub olub.

Digər oyunlarda "Benfika" (Portuqaliya) "Marsel"ə ( Fransa) 2:1, Bayer" (Almaniya) isə "Vest Hem"ə (İngiltərə) 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 18-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
25
Mənbələr
Şərh ()
Bağla