AZ

İki ölkədə HƏYƏCAN TƏBİLİ: "zombi narkotiki" sürətlə yayılır

Böyük Britaniyada insanları zombilərə çevirən narkotikin yayılması ilə bağlı xəbərdarlıq edilib.

Publika.az xəbər verir ki, bu barədə London Kral Kollecinin araşdırmasına istinadən "Sky News" telekanalı məlumat yayıb.

ABŞ-ın bəzi şəhərlərində yayılan “zombi narkotiki” olaraq adlandırılan güclü heyvan trankvilizatoru ksilazin indi İngiltərədəki qanunsuz narkotik bazarına yol tapıb. Ağ Ev artıq onu əhali üçün yeni təhlükə adlandırıb.

Böyük Britaniyada narkotikin ilk qurbanı 2022-ci ilin mayında Soliholldakı evində ölü tapılan Karl Uorburton olub. Onun bədənində heroin, fentanil, kokain və ksilazin aşkar edilib.

Dərmanı istifadə edən insanlarda tez-tez inyeksiya yerlərində dəridə yaralar və infeksiyalar əmələ gəlir. Nəticədə bədənin həmin yerləri çürüyür deyə, narkotik vasitəni “ət yeyən” ləqəbi verilib.

Seçilən
171
9
Mənbələr
Şərh ()
Bağla