AZ

Fransanın terrora davamlı dəstəyində əsas məqsəd: Parisin məkirli planı nədir?

Bakı. Trend:

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini DmitriMedvedev bəyan edib ki, Moskvadakı terror aktının arxasında Fransavə Makron durur. D.Medvedev kimi səlahiyyətli bir şəxsin terroraktını Fransa ilə əlaqələndirməsi heç də təsadüfi deyil vəRusiyanın aidiyyəti strukturlarının bunun barəsində daha dərinməlumatları var və bu mövzuda araşdırmalar davam edir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatıSevinc Hüseynova bildirib ki, Fransanın terrora,separatizmə və işğalçılığa dəstək verməsi heç kimə sirr deyil.

“Azərbaycan özü uzun illərdir Fransanın bu məkirli siyasətindənəziyyət çəkir. Fransanın tarixdə törətdiyi terror hadisələri,müstəmləkəçilik siyasəti hər kəsə yaxşı məlumdur. AfrikadaFransanın törətdiyi terror əməlləri, o cümlədən Fransanın iradəsinətabe olmayan siyasətçilərin fikizi məhv edilməsi Fransa tarixininqara ləkəsidir.

Erməni terroruna dəstək də Fransa siyasətinin əsasistiqamətlərindən birini təşkil edir. "Orli qrupu", "Erməni azadlıqhərəkatı" kimi terror təşkilatları məhz Fransada yaradılıb vədünyada bir çox qanlı terror hadisələri törədib. ASALA terrortəşkilatının üzvlərinin əsas sığınacaq yeri də məhz Fransa olub. IIQarabağ müharibəsi dövründə də Fransa öz ampluasında idi.Ermənistanın təxribatları fonunda Azərbaycanın haqlı mübarizəsiəsasında başlamış olan Vətən müharibəsində Fransa işğalçıya,separatizmə açıq dəstək verdi.

Təəssüflər olsun ki, Fransa terrorçuluq siyasətindən əl çəkməkniyyətində deyil. Krokus konsert zalında bu terrorun törədilməsiFransanın çirkin niyyətini bir daha ortaya qoydu. Bu terror aktınınməhz Azərbaycan əsilli iş adamına məxsus zalda törədilməsi iləFransa eyni zamanda Azərbaycan və Rusiya arasında əlaqələrə xələlgətirməyə çalışdı. Fransa öz çirkin maraqları naminə günahsızinsanların qətlinə rəvac verir. Dünya ictimaiyyəti Fransanın terrorəməllərinə artıq dur deməli, Fransaya ciddi təzyiqgöstərilməlidir”, - deyə deputat bildirib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isəTrend-ə açıqlamasındadeyib ki, dünyada müstəmləkəçi siyasəti, ayrı-ayrı regionlardaişğalçı müharibələrin səbəbkarı kimi tanınan Fransa həm dəterrorçuluğa dəstək verir.

“Biz bunu sadəcə söz olaraq demirik. Ortada real faktlar var.Fransa uzun illər müxtəlif terror təşkilatlarına bu və ya digərdəstəyi ilə yaddaşlarda qalıb. Ümumiyyətlə Fransanın beynəlxalqterrorizmlə əlaqələri yenilik deyil. Məsələn, Fransanın “Lafarge”şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərən sementzavodunun İŞİD-lə əlaqələri bütün dünyaya məlumdur. Belə ki, iki iləvvəl yüzlərlə yezid "Lafarge" sement istehsalçısını məhkəməyəverərək dünyanın ən iri sement şirkətlərindən birini İŞİD terrortəşkilatını maliyyələşdirməkdə suçlamışdı. ABŞ-nin Nyu-York FederalMəhkəməsinə təqdim edilmiş iddianamədə vurğulanırdı ki, "Lafarge"şirkəti "İŞİD-i beynəlxalq terror aktlarına təşviq edərək buqruplaşma ilə sövdələşməyə girib. Onu da qeyd edək ki, məhkəmə buşirkəti şikayətlər əsasında cərimə etmişdi. Türkiyənin "TRT World"kanalında hazırlanan verilişdə də bu zavodun terrorçularıdəstəkləməsindən bəhs ediliridi”, - deyə V.İskəndərov bildirib.

Deputat qeyd edib ki, Fransa erməni terrorizminə də ən dərin vəgeniş dəstək verir.

“Bunun nəticəsidir ki, erməni terror təşkilatı ASALA-nın əsasocaqlarından biri məhz Fransadır. Bu günlərdə isə bəlli olub ki,Fransa terrorçuları dəstəkləməkdən artıq onlara müxtəlif terrorcinayətlərini sifariş etmək mərhələsinə keçib. Rusiya TəhlükəsizlikŞurasının rəhbərinin müavini D.Medvedev bəyan edib ki, Moskvadakıterror aktının arxasında Fransa və Makron durur. ƏslindəD.Medvedevin dedikləri təsadüfi deyil və Rusiyanın aidiyyətistrukturlarının bunun barəsində daha dərin məlumatları var.

Digər tərəfdən Fransa xüsusi xidmət orqanları tərəfindənAzərbaycan əsilli iş adamlarına məxsus Krokus konsert zalında buterrorun törədilməsi də təsadüfi deyildi. Bununla bir tərəfdənRusiyada daxili qarşıdurma, dini və etnik zəmində nifaq yaratmaq,digər tərəfdən isə Azərbaycan və Rusiya arasında əlaqələrə xələlgətirmək məqsədi güdülüb. Hesab edirəm ki, dünya ictimaiyyətiFransanın bu terrorçuluq əməllərinə lazımı hüquqi qiymət verməli,Fransa dövləti mühakimə olunmalıdır”, - deyə İskəndərov əlavəedib.

Məqalədə:
Seçilən
157
48
Mənbələr
Şərh ()
Bağla