AZ

Seksual məhrumiyyət nədir?- İntim əlaqəsiz həyatın fəsadları


Abstinensiya latın sözü olub «saxlama, dözmə» mənasını verir. İnsan həyati vacib tələbatlarını ödəməkdən imtina etdikdə somatik və psixi sferada gərginləşmə, psixiki və fizioloji funksiyaların pozulması baş verir.

Bəzi insanlar yalnız narkotik abstinensiyanın olduğunu düşünürlər, lakin psixiatriyada seksual abstinensiya vəziyyəti də ayrıca təsvir və təhlil olunur. Bundan əlavə başqa növ abstinensiyalar da mövcuddur.

Əgər narkotik abstinensiya süni olaraq narkoman tərəfindən uzunmüddətli narkotik qəbulu nəticəsində yaranırsa, seksual abstinensiya təbii olaraq insanın özündən asılı olmayaraq inkişaf edir, narkotiki həyati vacib tələbat səviyyəsinə insan -narkoman özü çatdırır, seksual abstinensiya isə insanın iradəsindən asılı olmayaraq inkişaf edir.


"Medicina" xəbər verir ki, «Psixiatriya: populyar suallara cavablar» kitabındamüəllif: həkim-psixiatr Abdulla Şıxlinski bu mövzunu geniş təhlil edib.

8-ci hissəni təqdim edirik:


İnsanın üç mühüm həyati tələbatı vardır:

1.Qida və suya olan tələbat.

2. Komfortlu həyat şəraitinə tələbat.

3.Əks cinsdən olan fərdlərlə fiziki və psixiki kontakt tələbatı. Bunlar heç də kiminsə uydurması deyil, elmi cəhətdən sübut olunmuş məsələlərdir.

Seksual aktivlikvəseksual tələbatların realizasiyası normal və sağlam insan həyatının ayrılmaz hissəsidir. Bu tezisi iqnor edən hər hansı bir cəmiyyəteybəcərdir və insan yaşayışı üçün yararlı deyil. Psixosomatik və sırf psixiatrik pozğunluqların böyuk bir hissəsi uzun müddətli seksual abstinensiya nəticəsində yaranır.

Məşhur Avstriya və Amerika psixoterapevti-Bədən Orientasiyalı Psixoterapiya nəzəriyyəsinin müəllifi Vilgelm Rayx qeyd edir ki, hər hansı xəstəliyə düçar olmuş insanda, əgər o xəstəliyə qədər uzunmüddətli seksual abstinensiya vəziyyətində olubsa , bu xəstəlik çox gec, üzücü fəsadlarla sağalır.


Artıq dəfələrlə sübut edilmişdir ki, nevrotizasiya, psixopatizasiya kimi gərgin psixiatrik vəziyyətlər, demək olar ki, müalicəyə tabe olmayan senesto-ipoxondrik sindrom (bədənin müxtəlif nahiyələrində həqiqətdə mövcud olmayan xoşagəlməz hissiyyatların, ağrıların duyulması, agır bir xəstəliyə düçar olduğuna yalançı əminlik) məhz uzunmüddətli seksual abstinensiya nəticəsində baş verir.

Belə xəstələr eyni zamanda davamlı, üzücü yuxusuzluqdan, həyat keyfiyyətinin itməsindən, əhval-ruhiyyənin tam enməsindən, səhərlər baş verən səbəbsiz həyəcan tutmalarından şikayət edirlər. Seksual abstinensiya vəziyyətində olan insanlar üçün reallıqdan qaçma, dini fanatizmə meyillilik, xiromantiya, cadu, totalitar sektalara maraq, dromomaniya (səfil həyat keçirmək arzusu) müşahidə edilir. Adekvat psixiki həyat dayanır, psixiki ölüm proqramı işə düşür.

Əgər qida aclığı, somatik xəstəliklər fiziki ölümlə nəticələnə bilirsə, seksual abstinensiya psixiki ölümə gətirib çıxarır. Unutmaq olmaz ki, seksual abstinensiya vəziyyətində olan insanlar öz koqnitiv imkanlarından lazımınca istifadə edə bilmirlər, fizioloji intellektual enmə prosesi işə düşür. Seksual həyatla yaşayan insan təkcə bioloji tələbatlarını ödəmir, seks eyni zamanda insanı sosial bir varlıq kimi təstiq edir, onun həyat tonusunu artırır.

Bir çox konservativ, puritant mənəviyyatın hökm sürdüyü ölkələrdə leqal seksual xidmət problemi kəskin dayanır. Leqal seksual xidmət bütün sivil ölkələrdə olmalıdır, bu xidmətin açıq, icazəli, leqal şəkildə göstərilməsi həm dövlət üçün, həm də insanlar üçün çox faydalıdır.

Qədim Roma İmperiyasından başlayaraq əsrlər boyu belə xidmət sahələri olmuşdur, seksual xidmət göstərən qadınlar ən qədim sənət sahibləri hesab olunmuşlar. İnsanlar özlərini aldadaraq deyil, real həyatın, təbiətin tələblərinə uyğun yaşamalıdırlar. Bu ictimai sağlamlıq üçün əsas şərtdir.


MEDİCİNA.AZ




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7661
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5163
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4892
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4686
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4455
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3681
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2966
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2714
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2692
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2640
Sabah 20 dərəcə isti olacaq
2605
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2261
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2192
Röyanın biabırçı videosu yayıldı
2077
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2069
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2021
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1734
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1691
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1588
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1585