AZ

“Zirə” legioneri ilə müqaviləni uzatmaq istəyir

“Zirə” heyətindəki bəzi futbolçularla müqaviləni uzatmaq üçün danışıq aparır.

Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi Dmitrios Çantakiası komandada saxlamağı planlaşdırır. Hazırda tərəflər arasında danışıqlar gedir.

“Zirə” yunan müdafiəçini minimum bir il komandada saxlamaq, onunla müqavilə müddətini bir illik arıtrmağı planlaşdırır. Danışıqlar zamanı hansısa problem çıxmasa, 29 yaşlı futbolçu növbəti sezona da “Zirə”də başlayacaq.

Qeyd edək ki, yunanıstanlı legioner “Zirə”yə 2020-ci il sentyabrın 5-də keçib. Çantakias Azərbaycana gələnə qədər “Panetolikos”, “Fokikos”, “Kerkira”, “Çerno More” komandalarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
15
bizim.media

10Mənbələr