AZ

Rusiyanın bir vilayətində “Qələbə paradı” KEÇİRİLMƏYƏCƏK

Rusiyanın Pskov vilayətində mayın 9-da Qələbə Günü münasibətilə təşkil edilən ənənəvi parad keçirilməyəcək.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Mixail Vedernikov məlumat yayıb.

O bildirib ki, qərar təhlükəsizlik qüvvələrinin mövqeyi nəzərə alınaraq qəbul edilib. 

“Biz hüquq-mühafizə blokunun mövqeyini eşitdik. Qərara gəldik ki, bu il ən kütləvi tədbirlərdən (xüsusən də paraddan) imtina etmək məsləhətdir. Eyni zamanda, bütün yaşda olan sakinlər üçün daha kiçik formatlarda fəaliyyətlər təmin ediləcək”, - deyə Vedernikov qeyd edib.

Bizim.Media
 

Seçilən
213
9
Mənbələr
Şərh ()
Bağla