AZ

Aytən Kərimovaya 7 il həbs istənildi

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

O, A.Kərimovanın külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirli bilinməsini, 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Kərimovanın vəkilinə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib.

Əvvəlki prosesdə prokuror xanım müttəhimə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə verilmiş ittihamdan imtina etmişdi.

Qeyd edək ki, A.Kərimova 2019-cu ildən 2023-cü ilə kimi sözügedən teatrın mühasibi işləyib. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Kərimova işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Onun fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxsin qanunsuz əməli nəticəsində dövlətə 327 min manat ziyan dəyib. Həmin ziyanın 27 min manatı ödənilib.

İstintaqla A.Kərimovaya mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Seçilən
119
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16535
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
13380
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10017
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
8858
Faiq Sadıqov
8088
Səidə Sultan klipi üçün lüt soyundu
6014
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5791
Gənc aparıcı vəfat etdi - FOTO
5422
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5296
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5092
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5050
10 yaşlı uşağın faciəvi ölümü
4747
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4533
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4503
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
3844
Ruslan Müşfiqabadlının anası vəfat edib
3197
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3086
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
2987
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2678