AZ

İmişlidəki faciənin TƏFƏRRÜATI - “Tok” vuran yeniyetmələr məktəbin damına niyə çıxıblar?

Xəbər verildiyi kimi, ötən gün İmişli rayonu 5 saylı orta məktəbin ərazisində iki yeniyetməni elektrik cərəyanı vurub öldürüb. Hadisənin istirahət günündə və xüsusilə təhsil müəssisəsinin həyətində baş verməsi maraq doğurub. 

Hadisənin təfərrüatını öyrənmək üçün 5 saylı məktəbin direktoru Validə Zülfüqarova ilə əlaqə yaratsaq da, zənglərimizə cavab verməyib.  
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-dən 2 yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA


İmişli Rayon İcra Hakimiyyətindən isə Bizim.Media-ya verilən məlumata görə, “tok” vuran 2010-cu il təvəllüdlü Amid İsbərov və 2014-cü il təvəllüdlü Fərid Məmmədov 5 saylı məktəbin şagirdi olmayıblar:

“Hadisə bazar günü baş verdiyinə görə, məktəbdə kimsə olmayıb. Uşaqlar məktəb ərzisində alça ağacına yaxınlaşmaq məqsədilə məktəbin damına qalxıblar. Elə bu zaman da onları “tok” vurub. Hələ ki, bizdə olan məlumat budur. Məsələni Prokurorluq araşdırır”.

İcra hakimiyyətindən ölən yeniyetmələrin dost olduqları da bildirilib:

“Onlar sinif yoldaşı deyillər, dostdurlar. Məktəbin mühafizə xidməti var. Amma hadisə bazar günü baş verdiyinə görə, məktəbin gözətçilərinin orda olub-olmamasını deyə bilmirəm”.

Nuranə Daxilqızı, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
7
bizim.media

10Mənbələr