AZ

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - YENİLƏNİB + FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində iştirak edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
 
Bildirilib ki, nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
 
“Regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa etimad və öhdəlik ifadə olunub”, - məlumatda qeyd olunub.

10:54

Azərbaycan ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində təmsil olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.
 
O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şuranın Özbəkistanda keçirilən Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.
 
"Ölkələrimiz arasında çox işlər görülüb və bundan sonra da görüləcək",- XİN rəsmisi vurğulayıb.
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
50
Mənbələr
Şərh ()
Bağla