AZ

BTC ilə daşınan neftin həcmi açıqlandı

Yanvar-mart aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 1,5 faiz artaraq 9 milyon 644 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, nəqletmənin 75,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmərlə neft nəqli 0,31 faiz artaraq 7 milyon 267,2 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 80,7 faizini və ya 5866,9 min tonunu Azərbaycanda hasil edilən neft, 19,3 faizini və ya 1400,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
bizim.media

4Mənbələr