AZ

Rusiyada leçmiş baş direktor 22 il azadlıqdan məhrum edildi

Moskvanın Xoroşevski məhkəməsi Merlion şirkətinin keçmiş baş direktoru Vyaçeslav Simonenkonu cinayətkar birlik təşkil etmək, rüşvət alma , saxta danonsasiya və və yalan ifadə vermə işi üzrə 22 il müddətinə azadlıqdan məhrum edib. 

Valyuta.az xəbər verir ki, o, cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Məhkəmə Simonenkoya üç il müddətinə dövlət qulluğunda vəzifə tutmağı qadağan edib, həmçinin ondan dörd qurbanın - "Merlion"un həmtəsisçiləri Oleq Karçev, Aleksey Abramov, Vladislav Manqutov və top menecer Boris Levinin hər birinin xeyrinə 2 milyon rubl geri alıb. 

Simonenko təqsirini boynuna almayıb. Dövlət ittihamçısı onun 24 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Simonenko 2022-ci ilin fevralında həbs edilib. Məlum olub ki, müstəntiq Aleksey Nesnov sübutları saxtalaşdırıb. O, Rusiyadan qaçıb və beynəlxalq axtarışa verilib. 2023-cü ilin noyabrında FSB-nin Moskva və region üzrə M şöbəsinin üç əməkdaşı iş çərçivəsində həbs edilib. 2024-cü ilin fevralında keçmiş departament işçisi saxlanılıb.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244
29
Mənbələr
Şərh ()
Bağla