AZ

Şəhidin doğum günündə xatirəsi yad edildi - FOTOLAR

Aprel ayının 14-də Biləsuvar rayonunun Günəşli kəndində şəhid Xosizadə Müşfiq Zakir oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideyninə baş sağlığı vermişlər. Daha sonra Ağayrı kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Xosizadə Müşfiq Zakir oğlu 14 aprel 1993-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 1999-2008-ci illərdə Günəşli kənd ümumi orta və 2008-2010-cu illərdə Ağayrı kənd tam orta məktəblərində təhsil almışdır. 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və 2013-cü ilin noyabr ayından gizir rütbəsində ordu sıralarında xidmətini davam etdirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və sentyabr ayının 29-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29 sentyabr 2020-ci ildə Ağayrı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Xosizadə Müşfiq Zakir oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilib.Allah şəhidlərimizə rəhmət eləsin!

Seçilən
140
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
20621
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17617
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12666
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7781
May ayında Azərbaycana qar yağdı - VİDEO
7592
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6896
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6841
Sabah 20 dərəcə isti olacaq
6220
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5905
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5723
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5568
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5503
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5411
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5233
Bu yol qovşağında təmir işləri aparılacaq
5168
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4790
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4632
Azərbaycan nefti ucuzlaşıb
4611
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4562
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4365