İlk kanadalı ekspert Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasına qoşulub.
Yenisabah.az xəbər verir ki, bu barədə missiyanın X-dəki mikrobloqunda deyilir.
Məlumatda qeyd olunur: “Biz ilk kanadalı ekspert Aleksandr Qruşevskini Aİ-nin mülki müşahidə missiyasında salamlamaqdan məmnunuq. Kanada Aİ-nin Ermənistandakı missiyasını dəstəkləyir. Dəyərli əməkdaşlığınız üçün təşəkkür edirik”.