AZ

Azərbaycanda əmək müqavilələrinin sayı

2024-cü ilin ilk rübündə ölkəmizdə əmək müqavilələrinin sayı 30,3 min müqavilə və ya 1,7 faiz artaraq 1 milyon 839 min 109-a çatıb.Metbuat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 3 ayda əməkhaqqı fondunda daha 2,9 faiz artım qeydə alınıb.

Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
11
Mənbələr
Şərh ()
Bağla