AZ

Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum - Xəyalə Manaflı

"7-17" mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb.

Publika.az xəbər verir ki, iki gündən sonra toyu olacaq 39 yaşlı sənətçi nişanlısı Nurlan Rzayev adlı bəylə "Günaylı gün" verilişinin canlı efirində qonaq olub.

Xəyalə bildirib ki, Nurlanla "TikTok" video platformasında tanış olublar:

"Dostlarımın təqidi ilə "TikTok" platformasına girməyə, oradakı insanların istəyi ilə canlı yayım açmağa başladım. Günlərin bir günü gördüm ki, mənə şəkli, adı, soyadı olan bir insandan (nişanlısı Nurlanı nəzərdə tutur - red.) oyun oynamaq üçün təklif gəldi, mən də o təklifi qəbul etdim. Canlı yayım zamanı oyun oynadıq, normal ünsiyyətimiz alındı. Oyun oynamadan sadəcə ünsiyyət qururduq.

Hansısa mövzu ətrafında fikirlərimizi bölüşürdük, müzakirə edirdik. Sonradan gördüm ki, beynimdə tutduğum bir obraz var idi, insan xasiyyəti... Sonradan Nurlanla keçdik "WhatsApp"da mesajlaşmağa. Mənim hər zaman mühafizəkar mövqeyim vardı ki, dostluq ediriksə, yalnız dostluq edirik. Birdən bu dostluq başqa istiqamətə çevrilər. Dostluq bir gün gəldi "Mənimlə evlənərsən?" söhbətinə.
Təklif isə Nurlandan gəldi. Ona söylədim ki, məni əsla bu mövzuda tələsdirmə. Qərarım biraz gec ola bilər. Nurlan özü də dedi ki, mənə iki il lazımdır ki, buna adaptasiya olum. Mənim üçün şokdur, müğənni Xəyalə Manaflı ilə evlənmək, "götür-qoy" məsələləri... "Giləvar" adında bir mahnı yarandı... Şüvəlan dənizi sahilində Nurlan mənə evlilik təklifini etdi və bu mahnı yarandı. Nurlan bərbərdir".

Xəyalənin nişanlısı Nurlan bu münasibətin alınacağına çox çətinliklə inandığını söyləyib:

"Ümumiyyətlə, mən hər zaman əlçatmaz olana qaçmışam. Varlanaraq əlin onlara çata bilər... Sadə bir insanın Xəyalə Manaflıya əlinin çatmağı müşkül məsələ idi. Çətin oldu, amma oldu". (Bizim.media)

Seçilən
182
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16305
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15951
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15538
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13521
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12235
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9608
"Zaur, yenə çaşdın..." - VİDEO
7898
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6068
Minimum əmək haqqı nə qədər arta bilər?
6052
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5199
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5157
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4490
Çingiz Mustafayevin toyudur - FOTOLAR
4385
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4261
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4137
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3266
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3257
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3028
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2971