AZ

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib.


Pravda.az xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray” ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF” markalı yük avtomobili ilə piyadanı vurub.

 

Nəticədə 1985-ci il təvəllüdlü Oruclu Sahib Alıxan oğlu ağır xəsarətlər alıb və hadisə yerində vəfat edib.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix: 16 Aprel 2024, 09:48   
Seçilən
167
10
Mənbələr
Şərh ()
Bağla