AZ

Cəlalın komandası liderə uduzdu

U-21 millimizin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 29-cu tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda lider "Luqodorets"in qonağı olub. Bu görüşdə "Arda" 0:2 hesabı ilə uduzub.

Cəlal Hüseynov isə meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, "Arda" hazırda turnir cədvəlində 39 xalla 9-cu pillədədi. "Ludoqorets" isə 72 xalla 1-cidi.

Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla